Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-7/2025 04.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Xocalı Rayon Məhkəməsinin 2(070)-141/2021 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin 2(070)- 141/2021 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-141/2021 nömrəli icra sənədi Sabunçu rayon İcra şöbəsinin qərarı ilə məhkəməyə geri qaytarılmışdır. Əldə etdikləri şifahi məlumata əsasən qeyd edilən icra sənədi üzrə Borclu təqaüd alır. Odur ki, 2(070)-141/2021 saylı icra sənədinin təkrarən Sabunçu rayon İcra şöbəsinə yönəldiləsi xahiş olunur. Ərizəyə baxılması barədə "xxxx" MMC-yə, borcluya və Sabunçu rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmiş və ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, ərizəyə borclunun, həmçinin "xxxx" MMC-nin, Sabunçu rayon İcra şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(070)-141/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 673,2 manat ödənilməmiş hissə, 67,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 350,4 manat ödənilməmiş hissə, 35,6 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1157 manat cavabdeh Borclu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(070)-141/2021 nömrəli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Xocalı Rayon Məhkəməsinə qaytarılmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”nə dair məlumatdan görünür ki, Borclu İİİ qrup əlildir; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, Borclu İİİ qrup əlil olmaqla 150 manat pensiya alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş ərizə təmin edilməli, Sabunçu rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1 və 23.1.3-cü maddələrinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar vəzifələrinə aiddir. Qanunun tələbindən göründüyü kimi icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. Lakin, hazırki iş üzrə borclunun əmlaklarının olub-olmaması istiqamətində bütün tədbirlər görülməmiş (ümumi mülkiyyətdə olan payının müəyyən edilməsi və s.), müvafiq təşkilatlara sorğular verilməmiş, digər məcburi icra tədbirlərinin tətbiqi mümkünlüyü yoxlanılmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68.1 və 68.1.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Belə ki, sözügedən maddələrə əsasən uşağın doğulması ilə əlaqədar çoxuşaqlı analara, tənha ata və ya anaya, pensiyaçılara, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara qulluğa görə, sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə tələb yönəldilə bilməz. Nəzərə alınmalıdır ki, iş üzrə Borclu İİİ qrup əlildir və 150 manat pensiya alır (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”nə dair məlumat, “Elektron məhkəmə” informasiya sitemindən çıxarış). Qeyd olunanlara əsasən və MPM-in 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(070)-7/2025
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-7/2025
04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver