Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-9/2023 03.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X7 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Borclu nümayəndəsi X2 və Maraqlı şəxs1 icra məmuru X3 iştirakları ilə, Borcun hissə-hissə ödənilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Borclu Xocalı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onun bir azyaşlı övladının olmasını, ailə gəlirinin az olmasını və digər banklara olan borcunu nəzərə alıb hər ay 150 manat məbləğində borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, borclunun barəsində Maraqlı şəxs1 icraatında, Xocalı Rayon Məhkəməsinin 2(070)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra sənədi var. Həmin icra sənədi üzrə o borcunu bir dəfəyə ödəyə bilmir. Bildirir ki, o ailəlidir, bir az yaşlı uşağı var. Ailədə işləyən tək odur. Bundan başqa onun digər banklara da kredit borcu var əmək haqqı bunların hamısının bir dəfəlik ödənilməsinə kifayət etmir. Maraqlı şəxs2 ASC-yə olan borcunu hissə-hissə ödəyə bilər. Borclu nümayəndəsi X1 Rayon Məhkəməsinin 2(070)-95/2023 saylı qətnaməsi üzrə ödənilməli olan 2842.90 manatdan 50 manat ödəniş etmiş, qalan 2792.90 manatın isə hissə-hissə hər ay 150 manat məbləğində ödənilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar Maraqlı şəxs2 ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs1 icra məmuru Adil Şamilov izahatında bildirdi ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-95/2023 saylı qətnaməsi üzrə ödənilməli olan 2842.90 manatdan Borclu 50 manat ödəniş edərək 2792.90 manat borcu qalmışdır. Ərizənin təmin olunubolunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs1 25 oktyabr 2023-cü il tarixli, 113984/2023-80-5 saylı məktubundan görünür ki, tələbkar Maraqlı şəxs2 ASC-yə Borclu olduğu icra sənədi üzrə 2792.90 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPMnin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə Borclu maddi durumunu nəzərə alaraq hesab edir ki, Xocalı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)-95/2023 saylı qətnaməsi üzrə ödəməli olduğu 2.792,90 manat borcu Borclu 1 il 6 ay müddətində hər ay 150 manat və sonuncu ay 92.90 manat tutulmaqla iddiaçı Maraqlı şəxs2 ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)-95/2023 saylı qətnaməsi üzrə ödəməli olduğu 2.742,90 manat borcu hissə-hissə icra edilməklə Borclu 1 il 6 ay müddətində hər ay 150 manat və sonuncu ay 92.90 manat tutulmaqla iddiaçı Maraqlı şəxs2 ASC-nin xeyrinə ödənilsin. Qərardaddan 10 gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(070)-9/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-9/2023
03.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver