Məhkəmə qərarları › İş №8(071)-1/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-1/2023

18.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-1/2023 18.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və Tələbkar iştirakları ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022-007 saylı 06 sentyabr 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu X2 əmlakı üzərinə həbs qoyulması dair Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022-007 saylı 06 sentyabr 2022-ci il tarixli saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu X3 məxsus **- MK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200 D” markalı minik avtomobilinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022- 007 saylı, 06 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən X1 2024 manat pul vəsaiti və dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasının könüllü təmin olunması məqsədi ilə 10 gün müddət vaxt verilmişdir. Lakin, bu günə qədər X5 borcundan heç bir ödəniş etməmişdir. Borcluya məxsus əmlakı müəyyən etmək məqsədi ilə elektron sistem vasitəsi ilə sorğu keçirilərək borclu X2 adına olan **-MK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200 D” markalı yük avtomobilinin olması müəyyən edilmişdir. Hazırda borclu X2 icra sənədi üzrə cəmi 2024 manat borcu qalmaqdadır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin həmin avtomobilə yönəldilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında icra məmuru X4 təqdimatın məzmununa uyğun çıxış edərək, təqdimatın təmin edilməsi, borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatı müdafiə edərək bildirdi ki, icra sənədinin icraya yönəldiyi vaxtdan bugünə kimi borclu borcundan heç bir ödəniş etməmişdir. Ona məxsus Mercedes markalı avtomobil mövcuddur. Tələb həmin əmlaka yönəldilməklə ona olan borc ödənilə bilər. Odur ki, həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022-007 saylı 06 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən X1 2024 (iki min iyirmi dörd) manat pul vəsaiti alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu X3 Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022-007 saylı 06 sentyabr 2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan şəxsə dair məlumatlardan görünür ki, borclu X2 mülkiyyətində **- MK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200 D” minik markalı avtomobil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, eləcə də borcluya məxsus tələbin yönəldilə biləcəyi başqa əmlakının olması müəyyən edilmədiyindən, icra sənədində göstərilən pul məbləğinin tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022-007 saylı 06 sentyabr 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 məxsus **-MK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200 D” markalı minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar