Məhkəmə qərarları › İş №8(071)-1/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-1/2024

08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-1/2024 08.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İcra sənədi üzrə borclu X3 iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu X3 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Məhkəməsinin 2(071)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 ilə Maraqlı şəxs2 arasında xx.xx.2018-ci il Hacıqabul rayon Qeydiyyat Şöbəsində 339 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022ci il təvəllüdlü X10 iddiaçı Maraqlı şəxs2 yanında saxlanılmış, xx.xx.2019-cu il təvəllüdlü X4 cavabdeh X2 alınaraq iddiaçı Maraqlı şəxs2 verilməsi və X2 xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq Maraqlı şəxs2 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1121/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon Məhkəməsinin 2(071)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hacıqabul rayon Məhkəməsinin 2(071)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hacıqabul rayon Məhkəməsinin 2(071)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu X5 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına Şirvan şəhər Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh Maraqlı şəxs2 qarşı birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçının himayəsində olması ilə əlaqədar mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini alanadək möhlət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X9 doğulan vaxtdan onun himayəsindədir. O, bir ata kimi onun bütün tələbatlarını nəzarət edir, bir ata kimi onun qayğısına qalir. Hazırda xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat aliment məbləğini ödəyir. Birgə nikahdan doğulmuş 2019-cu il təvəllüdlü X7 dəfələrlə anası ilə ünsiyyətdə olması üçün məsləhətlər vermişdir. Lakin, övladı anasının və digər ailə üzvlərini tanımadığından ünsiyyətdə olmaqdan imtina etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-113/2023 saylı qətnaməsinin xx.xx.2019-cu il təvəllüdlü X9 cavabdeh X2 alınaraq iddiaçı Maraqlı şəxs2 verilməsi hissəsi övladının anasını qəbul etməməsi və ona getməməsi səbəbindən icra edilməmişdir. Digər tərəfdən Hacıqabul rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar Maraqlı şəxs2 cəmi iki dəfə xx.xx.2019-cu il təvəllüdlü X9 ilə görüşmək üçün gəlmişdir. Şirvan şəhər Məhkəməsinə cavabdeh Maraqlı şəxs2 ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 onun himayəsində olmasına dair iddia tələbi üzrə ərizəsi qeydiyyata alınmışdır. Hazırda Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)- 113/2023 saylı qətnaməsinin xx.xx.2019-cu il təvəllüdlü X9 cavabdeh X2 alınaraq iddiaçı Maraqlı şəxs2 verilməsinə dair qətnamənin icrasına möhlət verilməsinə dair müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında borclu X5 ərizənin məzmununa uyğun izahat verərək, Şirvan şəhər Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh Maraqlı şəxs2 qarşı birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçının himayəsində olması ilə əlaqədar mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini alanadək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-113/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X4 onun himayəsində olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliyə görə hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə haqlıdır (MPM, maddə 231.1; “İcra haqqında” Qanun, maddə 15). “Borclunun əmlak vəziyyəti” anlayışı bəllidir, “digər hallar” ifadəsi isə geniş əhatəlidir, bura həm borcluya, həm də tələbkara aid olan müxtəlif hallar daxildir, hansı ki, borcluya qətnaməni icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icra olunması məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir, əgər qətnamənin icrasına möhlət verilməsi məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirərsə buna icazə verilə bilməz. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 №-li qərarınında da bu mövqe öz əksini tapmışdır. Belə ki, qərarın 12-ci bəndində qeyd olunur: “Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi ... müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər”. Qərarın 13-cü bəndində isə qeyd olunmuşdur: “Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”. Həmçinin, Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5ci abzasında qeyd olunur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, bir mülki iş üzrə qəbul edilmiş qətnamənin icrasına məhkəmədə baxılan digər işlə əlaqədar möhlət verilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnaməsinin icrasına yalnız borcluya və ya tələbkara aid olan müxtəlif hallarla əlaqədar möhlət verilə bilər, bu şərtlə ki, tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gəlməsin. İşin bu cür halında qətnamənin icrasına möhlət verilməsi bilavasitə borcluya aid hər hansı üzrlü səbəblə əlaqədar olmayıb, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını ləngitmək xarakteri daşıyır. Odur ki, ərizənin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Odur ki, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul rayon Məhkəməsinin 2(071)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu X3 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar