Məhkəmə qərarları › İş №8(071)-10/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-10/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-10/2024 14.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, təqdimat verən icra məmuru X1, Tələbkar iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Mersedes Benz 200D” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 707/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2024 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə Borclu məxsus "MERSEDES BENZ 200 D" minik markalı,** MK *** dövlət qeydiyyat nişanlı avomobilin üzərinə həbs qoyulmuşdur. 31 yanvar 2024-cü il tarixdə üzərinə həbs qoyulmuş avtomobilin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilmiş və qiymətləndiricinin 0039/24 saylı, 11 mart 2024-cü il tarixli rəyinə əsasən, Borclu məxsus "MERSEDES BENZ 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil 1200 manat qiymətləndirilmiş və həminnəqliyyat vasitəsi "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə əsasən tələbkara təklif olunmuşdur. 30 may 2024-cü il tarixdə iş üzrə tələbkar ərizə ilə İcra və Probasiya şöbəsinə müraciət edərək 1200 manat dəyərində qiymətləndirilmiş və ona təklif olunan "MERSEDES BENZ 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin tələb müqabilində onun mülkiyyətinə verilməsi ilə bağlı təklifi qəbul etdiyini və bu bundan ötəri sənədləşmə işinin aparılmasına köməklik edilməsini xahiş etmişdir. Odur ki, göstərilənlərə əsasən Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus "MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən təqdimat verən icra məmuru X2 təqdimatı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən o, izahatında əlavə olaraq bildirir ki, icra sənədi üzrə borclu mütəxəssis rəyi ilə tanış olmuş və hər hansı etirazının olmadığını bildirmişdir. Tələbkar isə tələbin icrasının təmin edilməsi məqsədilə borclunun mülkiyyətində olan nəqliyyat vasitəsinin onun mülkiyyətinə verilməsinə razılıq vermişdir. Hazırda isə həmin əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirir ki, avtomobilə qoyulmuş 1200 manat qiymətləndirmə rəyi ilə tanış olub və razılaşmışdır. Verilmiş təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən təqdimata baxılmasının vaxtı və yeri barədə borcluya lazımi qaydada bildiriş göndərilsə də, Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan : - Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1012 manat əldən çıxmış fayda və 1012 manat dəymiş ziyan olmaqla, 2024 manat pul tutularaq Tələbkar ödənilməsi müəyyən edilmişdir. - Həmin icra sənədi üzrə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması haqqında təqdimat təmin edilmiş və Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. -Elektron icra informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Borclu adına reyestrdə qeydə alınmışdır. - “Sərraf-M” Qiymətləndirmə və Konsaltinq şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 1.200 manat qiymətləndirilmişdir. -Hacıqabul rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Borclu mütəxəssis rəyi barədə məlumat verilməklə icra sənədi üzrə tələb tam təmin edilmədiyi təqdirdə onun mülkiyyətində olan nəqliyyat vasitəsinin açıq hərracdan satılacağı barədə xəbərdar edilmişdir. Borclu xəbərdarlıq məktubu ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. -Tələbkar tərəfindən Hacıqabul rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən müəyyən edilir ki, o, mütəxəssis rəyi ilə razılaşaraq 1200 manat dəyərində olan “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun adına keçirilməsi barədə razılıq vermiş və rəsmiləşdirmə işlərinin aparılmasında köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 saylı, xx.xx.2022-ci icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə həbs qoyulmuşdur. Bundan sonra Borclu məxsus olan “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndiricinin 0039/24 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən 1200 manat məbləğində qiymətləndirilmişdir. Hazırda tələbkar 1200 manat pulun dəyərində Borclu məxsus “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun adına keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əml aka yönəldilir.Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin qanunun 53.1-ci maddəsinə əsasənnüzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə borclunun mülkiyyətində olan və orta bazar qiyməti 1200 manat qiymətləndirilmiş avtomobil üzərində həbsin saxlanmasına hazırda zərurət qalmamışdır. Belə ki, tələb borclunun mülkiyyətində pul vəsaiti olmadığından onun əmlakına yönəldilməklə tələbkara təklif etdilmiş, sonuncu isə təkliflə razılaşmışdır. Hazırda isə üzərinə həbs qoyulmuş əmlakın tələbkarın adına rəsmiləşdirilməsi zərurəti yarandığından həbsin saxlanılması buna məhdudiyyət yaradır. Ona görə də təqdimat təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İcra sənədi üzrə Borclu mülkiyyətində olan “MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. . Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar