Məhkəmə qərarları › İş №8(071)-11/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-11/2023

28.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-11/2023 28.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən qəbul edilmiş “icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsinə dair tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Məhkəməsinin 2(071)-487/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 15917,60 ABŞ dolları məbləğində əsas borc, 2041,21 ABŞ dolları məbləğində faiz borcu, 127,70 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 18086,51 ABŞ dolları məbləğində borc tutularaq Tələbkar ASC-yə verilməli, Borclu1 mülkiyyətində olan **- DN-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli “MG-350” minik markalı avtomobil açıq hərracda satılmalı, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada cavabdehlər Borclu1 və Borclu2 tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İcra icraatı dövründə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin sifariş məktubu əsasında tələbin yönəldildiyi ipoteka predmeti olan və Borclu1 məxsus olan “MG 350” markalı, 99DN148 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan 4020 (dörd min iyirmi) manata satılaraq, əldə edilən vəsait icra sənədi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərara əsasən Hacıqabul rayon Məhkəməsinin 2(071)-487/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi tam icra olunmuş kimi qiymətləndirilərək məhkəməyə geri qaytarılmışdır. İcra məmuru qərarını onunla əsaslandırmışdır ki, icra sənədi hərrac protokoluna əsasən icra olunmuşdur. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin müraciəti əsasında Hacıqabul rayon Məhkəməsinin 2(071)-487/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra şöbəsi tərəfindən qəbul edilmiş bütün qərarların surətləri, o cümlədən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarın surəti rəsmi qaydada tələbkarın ünvanına göndərilmişdir. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi qərarları əldə etdiyi vaxtdan “İcra haqqında Qanun”un 23.7-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ərzində şikayət ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarın ləğv edilərək, icra sənədi üzrə qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-487/2015 saylı icra vərəqəsi ilə Borclu1 və Borclu2 kredit müqaviləsi üzrə yaranmış borcun tam tutularaq şəkildə Tələbkar ASC-yə ödənilməsi nəzərdə tutulsa da, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitələrinə yönəldilməsi qərara alınmışdır. Qeyd olunanlardan göründüyü kimi icra sənədinin icra edilməsi yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilmiş, lakin borcun tutulması hissəsinin icrası isə tam təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-487/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 18086,51 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nə ödənilməli və tələb ipoteka predmeti olan Borclu1 məxsus “MG 350” markalı, 99DN148 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracda satılaraq banka olan borc odənilməlidir. İpoteka predmeti olan əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada cavabdehlərdən tutulmalıdır. İcra icraatı zamanı Xətai rayon İcra şöbəsinin sifariş məktubu əsasında tələbin yönəldildiyi “MG 350” markalı, 99DN148 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan 4020 manata satılaraq, əldə edilən vəsait icra sənədi üzrə borcun ödənilməsinə yönəldilsə də, icra sənədində göstərilən pul tələbi tam şəkildə icra edilməmişdir. Buna baxmayaraq Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən Hacıqabul rayon Məhkəməsinin 2(071)-487/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi tam icra olunmuş kimi qiymətləndirilmiş və xx.xx.2016-cı il tarixli qərarla icra sənədi məhkəməyə geri qaytarılmışdır. Başqa sözlə desək, icra sənədi yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində icra edilmiş, icra sənədində göstərilən qalan borcun tutulması hissəsi isə icra edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədində göstərilən tələb tam icra edilmədiyindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərar ləğv edilməli, qalıq borcun tam ödənilməsinin təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü, Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən qəbul edilmiş “icra edilmiş icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2016-cı il tarixli qərar ləğv edilsin və icra sənədində göstərilən qalan borcun ödənilməsi ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi üçün Hacıqabul rayon Məhkəməsinin 2(071)-487/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar