Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-12/2023 17.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul Rayon Dövlət Notariat Kontorunun 8İ-3376 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Şahin qızının daşınar (avtomobil) əmlakı üzərinə həbs qoyulmasına dair Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Dövlət Notariat Kontorunun 8İ- 3376 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Şahin qızına məxsus olan “Tofaş Şahin” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Dövlət Notariat Kontorunun 8İ-3376 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 3000 manat pul vəsaiti və 25 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bəravbər icra sənədi üzrə Borclu ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Tofaş Şahin” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi borcunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi zəruridir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Hacıqabul Rayon Dövlət Notariat Kontorunun 05 oktyabr 2022-ci il tarixli icra qeydinə əsasən Borclu Şahin qızından 3025 (üç min iyirmi beş) manat pul vəsaiti alınaraq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Şahin qızına Hacıqabul Rayon Notariat Kontorunun 8İ-3376 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan “elektron informasiya sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Borclu Şahin qızının mülkiyyətində “Tofaz Şahin” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı, avtomobil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, eləcə də borcluya məxsus tələbin yönəldilə biləcəyi başqa əmlakının olması müəyyən edilmədiyindən, icra sənədində göstərilən pul məbləğinin tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalı, təqdimat həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda təqdimatın – tələbin əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, təqdimat həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsi sadəcə əmlak üzərinə həbsin qoyulması müddəasını əks etdirir, icra qaydasında tələbin həmin əmlaka yönəldilməsi və əmlakın hərracdan satılması isə həmin qanunla məhkəmənin səlahiyyətlərinə aid edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat qismən təmin edilsin. Hacıqabul Rayon Dövlət Notariat Kontorunun 8İ-3376 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Şahin qızına məxsus “Tofaz Şahin” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(071)-12/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-12/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver