Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-12/2025 07.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 iştirakı ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(071)-2/2025 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin e-16(071)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 1 ay ərzində, yəni xx.xx.2025-ci il tarixədək İddiaçı və Borclu birgə nikahlarından olan övladları - xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları- İddiaçı ilə hər həftənin şənbə günü saat 17:00dan bazar günü 13:00-a kimi (evində gecələməklə) sərbəst qaydada ünsiyyətdə olmasına maneə törədilməsi Borclu və digər şəxslərə qadağan edilməlidir. Ünsiyyət hüququnun təmin edilməsi üçün azyaşlı uşaqlar onların yaşayış yerləri üzrə hər həftənin şənbə günü saat 17:00-da maraqlı şəxs Borclu tərəfindən İddiaçı, həftənin bazar günü saat 13:00-da isə eyni ünvanda İddiaçı tərəfindən maraqlı şəxs Borclu təhvil verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş, icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 izahat verərək bildirdi ki, borclu tələbkarın uşaqlarla ünsiyyət hüququnu həyata keçirilməsinə maneə olur. Çağırışlara gəlməmişdir. Onun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Hacıqabul rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin e-16(071)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 1 ay ərzində, yəni xx.xx.2025-ci il tarixədək İddiaçı və Borclu birgə nikahlarından olan övladları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları- İddiaçı ilə hər həftənin şənbə günü saat 17:00-dan bazar günü 13:00-a kimi (evində gecələməklə) sərbəst qaydada ünsiyyətdə olmasına maneə törədilməsi Borclu və digər şəxslərə qadağan edilməlidir. Ünsiyyət hüququnun təmin edilməsi üçün azyaşlı uşaqlar onların yaşayış yerləri üzrə hər həftənin şənbə günü saat 17:00-da maraqlı şəxs Borclu tərəfindən İddiaçı, həftənin bazar günü saat 13:00-da isə eyni ünvanda İddiaçı tərəfindən maraqlı şəxs Borclu təhvil verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Hacıqabul rayon Məhkəməsinin e-16(071)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Hacıqabul rayon Məhkəməsinin e- 16(071)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, icra şöbəsinə gəlməsi barədə xəbərdarlıqlara baxmayaraq, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən, eləcə də icra sənədi üzrə müəyyən edilmiş uşaqla ünsiyyətin təmin olunmasından üzrsüz səbəbdən yayındığından, o, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olan və yaşayan Borclu Hacıqabul rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-12/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-12/2025
07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver