Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-13/2023 17.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim оğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-560/2017 saylı 14 iyun 2017-ci il tarixli icra sənədi üzrə borclu X2 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 2(071)-560/2017 saylı 14 iyun 2017-ci il tarixli qətnaməsi üzrə borclu X3 məxsus **-FJ-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin icraatında iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “avtomobil kredit müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxılmasına dair 2(071)-560/2017 nömrəli mülki iş olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə cavabdeh X3 məxsus “Hyundai Elantra minik” markalı, sedan tipli, ağ rəngli, mühərrik G4NBDU749912, ban KMHDH41EBDU911027, ** FJ *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh xx.xx.2013-cü il tarixli 116686-1-8500 nömrəli “Avtomobil kredit müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı, xx.xx.2016-cı il tarixli Razılaşma üzrə banka olan borcunu bağlamışdır. Bu səbəbdən sözügedən mülki iş üzrə müvəqqəti təminat tədbiri kimi avtomobilə tətbiq olunan həbsin ləğv edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-560/2017 saylı 14 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin cavabdeh X3 qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbinə və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilmiş, “Bank VTB (Azərbaycan) ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116686-1-8500 saylı kredit müqaviləsinə əsasən, 15 fevral 2017-ci il tarixə banka borclu olduğu 14.314 manat məbləğində əsas borcun, 1.767,07 manat məbləində faiz borcunun, 78,01 manat məbləğində cərimə üzrə borcunun, ümumilikdə isə 16.159,08 manat məbləğində pul məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, bank qarşısında ipoteka ilə yüklü edilmiş Hyundai Elantra minik” markalı, sedan tipli, ağ rəngli, mühərrik G4NBDU749912, ban KMHDH41EBDU911027, ** FJ *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-560/2017 saylı 07 aprel 2017-ci il tarixli qərardadına əsasən cavabdeh X3 məxsus “Hyundai Elantra minik” markalı, sedan tipli, ağ rəngli, mühərrik G4NBDU749912, ban KMHDH41EBDU911027, ** FJ *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar “Bank VTB (Azərbaycan” ASC tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, icra sənədi üzrə borc məbləği borclu tərəfindən tələbkara ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədi tələbkara olan borc tamamilə ödənildiyindən və bununla da borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsas aradan qalxdığından, verilmiş ərizə təmin olunmalı, Hacıqabul rayon Məhkəməsinin 2(071)-560/2017 saylı 07 aprel 2017-ci il tarixli qərardadına əsasən görülmüş iddianın təmini tədbiri (müvəqqəti təminat tədbiri) ləğv edilməli, icra sənədi üzrə borclu X3 məxsus “Hyundai Elantra minik” markalı, sedan tipli, ağ rəngli, mühərrik G4NBDU749912, ban KMHDH41EBDU911027, ** FJ *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162, 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-560/2017 saylı, 07 aprel 2017-ci il tarixli qərardadına əsasən görülmüş iddianın təmini tədbiri (müvəqqəti təminat tədbiri) ləğv edilsin və icra sənədi üzrə borclu X3 məxsus “Hyundai Elantra minik” markalı, sedan tipli, ağ rəngli, mühərrik G4NBDU749912, ban KMHDH41EBDU911027, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №8(071)-13/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-13/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver