Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-15/2024 23.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-226/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədi üzrə Tələbkar icra məmurunun “icra sənədinin geri qaytarılması” haqqında qərarının ləğv edilməsi və yeni icra sənədinin verilməsi barədə ərizəsinə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-226/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək icra məmurunun “icra sənədinin geri qaytarılması” haqqında qərarının ləğv edilməsi və yeni icra sənədinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra, Tələbkar xx.xx.2024-cü il tarixdə məhkəmə iclası zamanı yenidən ərizə ilə müraciət edərək hazırkı ərizəsinin geri qaytarılmasını xahiş etdi. Verilmiş suallara əsasən o, bildirdi ki, aliment ödənilməsinə dair verilmiş icra sənədi onun öz ərizəsinə əsasən icra məmuru tərəfindən geri qaytarılmışdır. Çünki əvvəl Borclu işsiz olduğundan aliment ödəməyə imkanı olmamışdır, hazırda sonuncu işlədiyi üçün alimentin ödənilməsini tələb edir. Lakin təkrar ərizə ilə sonra müraciət edəcəkdir. İcra sənədi üzrə borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb tələbkarın ərizəsini nəzərə alaraq qeyd edir ki, ərizə geri qaytarılmalıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə ərizəçi Tələbkar ərizənin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, onun Hacıqabul rayon Məhkəməsinin 2(071)-226/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədi üzrə icra məmurunun “icra sənədinin geri qaytarılması” haqqında qərarının ləğv edilməsi və yeni icra sənədinin verilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: Hacıqabul rayon Məhkəməsinin 2(071)-226/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədi üzrə Tələbkar icra məmurunun “icra sənədinin geri qaytarılması” haqqında qərarının ləğv edilməsi və yeni icra sənədinin verilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(071)-15/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-15/2024
23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver