Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-17/2023 06.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Tələbkar – Tələbkar1, Borclu – Borclu iştirakları ilə, Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 2985 manat borcun hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071 )-85/2022 saylı qətnaməsi ilə 2985 manat xərcin ondan tutularaq Tələbkar1 və Tələbkar2 ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071 )-85/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə müəyyən edilmiş 2985 manat pulu birdəfəyə ödəməyə imkanı yoxdur. Onun himayəsində 5 azyaşlı uşağı var, iki uşağa görə aliment ödəyir, uşaqların anaları heç bir yerdə işləmir. Anası vəfat etmiş, atası isə həbsdədir. Ailənin maddi problemlərindən əlavə həbsdə olan atasının da yanına gedib gəlməyə, eləcə də zəruri əşyalar almağa maddi vəsait lazımdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulu ödəmək istəyir. Lakin həmin məbləği birdəfəyə ödəməyə heç cür imkanı yoxdur. Qətnamə üzrə müəyyən edilmiş 2985 manat pulu hər ay 100 manat olmaqla hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında Borclu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar1 izahat verərək bildirdi ki, o, öz avtomobilini və heyvanlarını satıb əldə edilmiş vəsaiti torpaq sahəsinin əkininə xərcləmişdir. Hazırda əlində başqa vəsaiti olmadığına görə əkin işləri məşğul ola bilmir. Borclu tərəfindən hər ay 100 manat hissə-hissə ödəniş edilməsi onun maraqlarına tamamilə ziddir. Borclu icra sənədində göstərilən məbləği tam şəkildə ödəməlidir ki, o da həmin vəsait hesabına əkin işlərini görə bilsin. Odur ki, ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, borclu və tələbkarın izahatlarını dinləyərək, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericiliyə görə hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən icra sənədinin hissə-hissə icra olunması haqqında qərar qəbul edə bilər. (MPM, maddə 231.1; “İcra haqqında” Qanun, maddə 15). “Borclunun əmlak vəziyyəti” anlayışı bəllidir, “digər hallar” ifadəsi isə geniş əhatəlidir, bura həm borcluya, həm də tələbkara aid olan müxtəlif hallar daxildir, hansı ki, borcluya qətnamənin birdəfəlik icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icra olunması məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir, əgər qətnamənin hissə-hissə icra edilməsi məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirərsə buna icazə verilə bilməz. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 №-li qərarınında da bu mövqe öz əksini tapmışdır. Belə ki, qərarın 12-ci bəndində qeyd olunur: “Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin hissə-hissə icra edilməsi... müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər”. Qərarın 13-cü bəndində isə qeyd olunmuşdur: “Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”. Həmçinin, Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5ci abzasında qeyd olunur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə 2985 manat pul məbləğinin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi, bütöv pul məbləğinin 30 aya yaxın müddət ərzində ödənilməsinə gətirib çıxarır ki, bu da tələbkarın mənafeyi baxımından məqsədə uyğun sayıla bilməz. Əks təqdirdə bu məhkəmə qətnaməsinin səmərəliliyini azaldır və tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Odur ki, məhkəmə Borclu qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinin təmin olunmamasını əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(071)-17/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-17/2023
06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver