Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-17/2024 25.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-445/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradovun təqdimatına Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin 2(071)-445/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1555,20 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Hazırda icra məmuru Hacıqabul rayon Məhkəməsinin 2(071)-445/2024-007 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1981-ci il təvəllüdlü, Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 445/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən xx.xx.1981-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş və Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olan Borclu müştərək qaydada cəmi 1555,20 manat pul alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək ehtimalını nəzərə alaraq, təqdimatla borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın, borclunun və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, icra işi materiallarını araşdırıb, borcun üzrsüz səbəbdən ödənilmədiyini və hazıradək görülən icra tədbirinin mütənasibliyini, buna baxmayaraq görülən tədbirlərin nəticə verməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işində olan tələbin könüllü icrasına dair bildirişin və icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, icra sənədi ilkin olaraq xx.xx.2024-cü il tarixdə icraya yönəldilərək icra edilməsi üçün Hacıqabul rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həmin şöbədə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla təhvil almış, eyni zamanda izahatı alınmışdır. Buna baxmayaraq hazıradək borclu 1555,20 manat məbləğindən hər hansı məbləğdə vəsait ödəniş etməmişdir. Hazırda icra sənədi üzrə Borclu 1555,20 manat borcu vardır. İcra məmuru tərəfindən görülən tədbirlərə baxmayaraq borcu üzrə ödəniş həyata keçirmir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-445/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1981-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş və Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-445/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1981-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş və Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(071)-17/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-17/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver