Məhkəmə qərarları › İş №8(071)-18/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-18/2023

18.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-18/2023 18.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə tələbkar X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İmişli rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-1371/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar X4 xx.xx.2023-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 icra sənədi üzrə hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsini və icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(036)-1371/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qeydə alınmış 137 nömrəli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 onun yanında saxlanılması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. İcra sənədi borclunun qeydiyyatda olub yaşadığı Hacıqabul rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Rüstəmov xx.xx.2018-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra və Probasiya şöbəsinin rəisi məhkəmə qətnaməsində alimentin məbləği 154 manat müəyyən edilməsinə baxmayaq, aliment məbləğini 120 manat qeyd etmişdir. Aliment məbləği bu yolla 34 manat azaldılaraq hesablanmışdır. Daha sonra Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi icra sənədini icra məmuru X3 icraatına vermiş, aliment borcu 6000 manata çatdığına görə icra məmuru xx.xx.2021-ci ildə borclunun axtarılması haqqında qərar qəbul etmiş, lakin axtarış qərarı icra edilməsi üçün polis orqanlarına göndərilməmiş və rəsmi qeydiyyata alınmamışdır. Daha sonra yaxın adamları vasitəsi ilə müəyyən edildi ki, borclu axtarışda olmasına baxmayaq Bakı şəhərində gizlənir, icradan yayınır. Polis əməkdaşları onu həbs edib Hacıqabul rayon İcra və Probasiya şöbəsinə aparıblar. İcra və Probasiya şöbəsinin rəisi və İcra Məmuru ona və nümayəndəsinə məlumat veriblər ki, borclu inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə təqdim edilmiş, lakin məhkəmə qanunsuz olaraq onu həbsdən buraxmışdır. Şikayətə baxılmasının vaxtı və yeri barədə tələbkara və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə tərəfindən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icraatında olan İmişli rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)- 1371/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra işi sorğu edilərək əldə edilmiş və icra işində olan zəruri sənədlərin surəti çıxarılaraq materiala əlavə edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək, materiala əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, tələbkar şikayətində Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Rüstəmov tərəfindən xx.xx.2018-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edildiyini, lakin həmin qərarda aliment məbləğinin 120 manat qeyd edildiyini, bu yolla alimentin məbləğinin 34 manat azaldıldığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Rüstəmov tərəfindən 0qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında qərar”dan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay 154 manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq X2 verilməsi qeyd edilmiş, lakin qərarın nəticə hissəsində tutulmalı olan alimentin məbləği texniki səhv olaraq “120 manat” göstərilmişdir. İcra işində olan digər sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə icra sənədi üzrə borcludan hər ay 154 manat alimentin tutulması qeyd edilmiş və borclu tərəfindən tələbkara ödənilməli olan aliment borcu hesablanarkən alimentin məbləğinin 154 manat olması nəzərə alınmışdır. Bundan başqa, tələbkar şikayətində göstərmişdir ki, icra məmuru borclunun axtarılması barədə 23 iyul 2021-ci il tarixdə qərar qəbul etmiş, lakin axtarış qərarı icra edilməsi üçün polis orqanına göndərilməmişdir. Eləcə də, borclu inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə təqdim edilmiş, lakin məhkəmə onu həbsdən azad etmişdir. Məhkəmə qeyd edir ki, şikayətin həmin dəlilləri də əsassızdır. Belə ki, icra işində olan sənədlərdən görünür ki, icra məmuru Ramil Məmmədov tərəfindən X1 barəsində iki dəfə axtarış qərarı qəbul edilmiş və həmin qərarların surəti vaxtında Hacıqabul rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu barəsində ilk dəfə xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Hacıqabul rayon Polis Şöbəsinə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X1 barəsində axtarış işi açılmış və tutulması istiqamətində tədbirlər davam etdirilir. Borclu barəsində ikinci axtarış qərarı isə xx.xx.2021ci il tarixdə qəbul edilmiş və icra edilməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə göndərilmişdir. X1 polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon ərazisində saxlanılaraq Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. İcra şöbəsində olarkən icra məmuruna borcundan 2000 manat məbləğində pul vəsaitini ödəyəcəyinə dair iltizam vermiş, xx.xx.2023-cü il tarixdə isə aliment borcundan 1450 manat ödəniş etmişdir. Bundan əlavə iş materiallarından görünür ki, icra məmuru tərəfindən icra tədbirləri davam etdirilmiş və nəticədə borclu Vasif Dəmirov xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023cü il tarixdə 200 manat pul vəsaitini tələbkarın hesabına ödəmişdir. Buna baxmayaraq, borclu icra sənədində göstərilən aliment borcunu tam şəkildə ödəmədiyindən, icra məmuru onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixdə protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında borclu Vasif Dəmirov aliment borcundan ödəniş etmək üçün vaxt istədiyindən, məhkəmə iclası təxirə salınmışdır. Onun İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında material hal-hazırda məhkəmənin icraatındadır. Beləliklə məhkəmə hesab edir edir ki, icra məmuru tərəfindən İmişli rayon Məhkəməsinin 2(036)-1371/2018 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası istiqamətində bütün zəruri tədbirlər görülmüşdür. Şikayətin dəlilləri icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas vermir. Şərh olunanlara əsaslanaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci, Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə tələbkar X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar