Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-18/2024 29.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin 16(106)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi Yasin Ədilovun təqdimatına Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi, Yasin Ədilov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu Hacıqabul rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 16(106)- 52/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Hacıqabul rayon Məhkəməsinin icraatında olan 2(071)-753/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Tələbkar xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yaşayış məntəqələrinin torpaqlarından 0,0270 hatorpaq sahəsində iş üzrə Borclu tərəfindən tikinti tikməsi, çəpər çəkməsi və sair işləri görməsi qadağan edilməsi göstərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə icra yerinə dəvət olunmasına baxmayaraq həmin yerə gəlməməklə yanaşı İcra və Probasiya şöbəsinə gəlməkdən boyun qaçırmaqla icra işinin icrasından yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu, tələbkar və təqdimat verən icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra işi materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Borclu icra məmurunun çağırışına baxmayaraq, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırişı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan, xx.xx.1975-ci il təvəllüdlü Borclu Hacıqabul rayon İcra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(071)-18/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-18/2024
29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver