Məhkəmə qərarları › İş №8(071)-19/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-19/2024

30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-19/2024 30.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-357/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı Borclu məcburi gətirilməsi barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 2(071)-357/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1965-ci il təvəllüdlü Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 357/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2820 manat pul vəsaiti və 980 ədəd yeşik, yeşik olmadığı təqdirdə isə onun dəyəri 1030 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,50 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələtin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X1 icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu, tələbkar və təqdimat verən icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Borclu icra məmurunun rəsmi çağırışına baxmayaraq, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırişı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1965-ci il təvəllüdlü borclu Babayev X2 rayon İcra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar