Məhkəmə qərarları › İş №8(071)-19/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-19/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-19/2025 26.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Təqdimat verən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2020/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2020/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 9969,85 manat əsas borc, 1732,05 manad ƏDV borcu və 200 manat mediasiya xərci olmaqla, cəmi 11901,90 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar MMC-yə ödənilməlidir. Bundan başqa, 143,72 manat məbləğində dövlət rüsumu Borclu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Hazırda icra məmuru Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2020/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-2020/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş və Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu 9969,85 manat əsas borc, 1732,05 manad ƏDV borcu və 200 manat mediasiya xərci olmaqla, cəmi 11901,90 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar MMC-yə ödənilməlidir. Bundan başqa, 143,72 manat məbləğində dövlət rüsumu Borclu alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra və probasiya şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək ehtimalını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək izahatında bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2020/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 11901,90 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar MMC-yə ödənilməlidir. Bundan başqa, 143,72 manat məbləğində dövlət rüsumu Borclu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Borclu üzərinə düşən öhdəliyini tam şəkildə yerinə yetirməmiş və borcunu tam şəkildə ödəməmişdir. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, icra işi materiallarını araşdırıb, borcun üzrsüz səbəbdən ödənilmədiyini və hazıradək görülən icra tədbirinin mütənasibliyini, buna baxmayaraq görülən tədbirlərin nəticə verməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işində olan tələbin könüllü icrasına dair bildirişin və icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, icra sənədi ilkin olaraq xx.xx.2024-cü il tarixdə icraya yönəldilərək icra edilməsi üçün Hacıqabul rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həmin şöbədə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla təhvil almış, eyni zamanda izahatı alınmışdır. Buna baxmayaraq hazıradək borclu borc məbləğini tam şəkildə ödəməmişdir. İcra məmuru tərəfindən görülən tədbirlərə baxmayaraq borcu üzrə ödəniş həyata keçirmir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2020/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1981-ci ildə anadan olmuş və Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2020/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1981-ci ildə anadan olmuş və Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar