Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-2/2023 18.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Tələbkar və Borclu iştirakları ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(071)-450/2021-009 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-450/2021- 009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə tələbkarlar (ata) Tələbkar və (baba) X2 valideynlik və ünsiyyət hüquqlarını həyata keçirməsi ilə əlaqədar Tələbkar ilə Borclu birgə nikahından doğulmuş və cavabdeh Borclu yanında qalan - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmaları üçün hər həftənin bazar günü saat 10:00dan saat 15:00-a kimi cavabdeh Borclu iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. İcra sənədi Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi ’‘İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8-ci maddəsini rəhbər tutaraq icraata başlamaq haqqında qərar qəbul olunmuş, surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş 10 gün müddət ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin tələb borclu tərəfindən ona verilmiş müddət ərzində təmin olunmamışdır. Bununla yanaşı Borclu xəbərdarlıqlar göndərilmişdir. Buna baxmayaraq borclu Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Belə olduğu halda Borclu hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov məhkəmə iclasında izahat verərək göstərdi ki, bu günə kimi Borclu yerinə anası gəlib, sonuncu dəfə tərəflər arasında anlaşılmazlıq olub, borclu icra sənədinə riayət etmir və alimentin ödənilməsində heç bir problem yoxdur. Hazırda borclu məhkəməyə gəldiyindən onun məcburi qaydada gətirilməsinə zərurət aradan qalxmışdır. Odur ki, təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, ona evdən çıxmağa icazə vermədiklərindən bu günə kimi icra məmurunun çağırışına onun yerinə anası gəlmişdir. O, uşaqlarının ataları ilə görüşməsinə etiraz etmir, uşaqlar özləri ataları ilə görüşmək istəmirlər. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov 18 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində borlunun könüllü olaraq gəldiyini, icra sənədinin icra edilməsi üçün heç bir manənin olmadığını və hazırda borclunun məcburi qaydada gətirilməsinə lüzum olmadığından təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, icra məmurunun müraciətini nəzərə alaraq hesab edir ki, Hacıqabul rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(071)-450/2021-009 saylı icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsi haqqında verilmiş təqdimat geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(071)-450/2021-009 saylı icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsi barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov tərəfindən verilmiş təqdimat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №8(071)-2/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-2/2023
18.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver