Məhkəmə qərarları › İş №8(071)-2/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-2/2025

08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-2/2025 08.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X2 iclas katibliyi, təqdimat verən böyük icra məmuru X1 iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ-21074” minik markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 372/2018-007 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1620 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Hacıqabul rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə iş üzrə Borclu məxsus “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avomobilin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan borc məbləği Borclu tərəfindən tam şəkildə icra olunmuş və icra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, göstərilənlərə əsasən Hacıqabul rayon Məhkəməsinin Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən təqdimat verən böyük icra məmuru X3 təqdimatı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən o, izahatında əlavə olaraq bildirir ki, Borclu ödəməli olduğu pul məbləğini tam şəkildə ödəmişdir. Məhkəmə tərəfindən təqdimata baxılmasının vaxtı və yeri barədə borcluya və tələbkara lazımi qaydada bildiriş göndərilsə də, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan : - Hacıqabul rayon Məhkəməsinin 2(071)-372/2018-007 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1620 manat pul tutularaq Tələbkar ödənilməsi müəyyən edilmişdir. - Həmin icra sənədi üzrə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması haqqında təqdimat təmin edilmiş və Hacıqabul rayon Məhkəməsinin 2(071)-372/2018-007 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. -Elektron icra informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Borclu adına reyestrdə qeydə alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-372/2018-007 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə həbs qoyulmuşdur. Bundan sonra icra məmuru təqdimatla məhkəməyə müraciət edərək borcun tam ödənildiyini bildirmiş və icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə xitam verildiyini bildirmiş və həmin qərar mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verildiyinə görə həmin icra sənədinin təmin edilməsi məqsədilə borclunun əmlakının üzərində həbsin saxlanmasına da zərurət qalmamışdır. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Hacıqabul rayon Məhkəməsinin 2(071)-372/2018-007 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İcra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar