Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-21/2023 01.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakimi Hüseynov Zaur Nazim оğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Notariat Kontoru tərəfindən verilmiş 3104 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Notariat Kontoru tərəfindən verilmiş 3104 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 10000 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası haqqında borcluya bildiriş poçt vasitəsilə göndərilmişdir. Lakin, tələb Borclu tərəfindən könüllü təmin edilməmişdir. Bu vaxtadək icra sənədinin icrası tam şəkildə təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Hacıqabul rayon Notariat Kontoru tərəfindən verilmiş 3104 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Borclu 10000 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, qanunvericilikdə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat yalnız məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri üzrə verilə bilər. Hazırki təqdimatın əsaslandığı icra sənədi isə notariat orqanı tərəfindən verilmiş icra qeydidir. Bu cür icra sənədi üzrə borcun üzrsüz səbəbdən icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul rayon Notariat Kontoru tərəfindən verilmiş 3104 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №8(071)-21/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-21/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver