Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-23/2023 01.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim оğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Neftçala rayon Məhkəməsinin 2(053)-955/2016 saylı 16 iyun 2016-cı il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Neftçala rayon Məhkəməsinin 2(53)-955/2016 saylı 16 iyun 2016-ci il tarixli qətnaməsi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Neftçala rayon Məhkəməsinin 2(053)- 955/2016 saylı 16 iyun 2016-cı il tarixli icra sənədi üzrə borclular X1 və Borclu müştərək qaydada 4808 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra tədbirləri nəticəsində əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan 2,28 ha pay torpaq sahəsi mövcuddur və Hacıqabul rayon Məhkəməsinin 8(071)-09/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus olan 2,28 ha torpaq sahəsinin 1,28 ha hissəsinin üzərinə həbs qoyulmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-955/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular X3 və Borclu ləğv prospesində olan "xxxx" ASC-yə olan borcları restrukturizasiya olunmuşdur. Bu səbəbdən sözügedən mülki iş üzrə qərardada əsasən torpaqa tətbiq olunan həbsin ləğv edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialalrında olan Hacıqabul rayon Məhkəməsinin 8(071)-09/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus olan 2,28 ha torpaq sahəsinin 1.28 ha sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin nümayəndəsinin Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Neftçala rayon Məhkəməsinin 2(053)-955/2016 saylı 16 iyun 2016-cı il tarixli icra sənədi üzrə borclular Borclu və X2 ləğv prosesində oolan Tələbkar ASC qarşısında olan öhdəliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Hacqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Neftçala rayon Məhkəməsinin 2(053)-955/2016 saylı 16 iyun 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədi borcluların tələbkara olan borcu restrukturizasiya olunduğundan və icra sənədi üzrə icraata xitam verildiyindən, bununla da borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsas aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, Hacıqabul rayon Məhkəməsinin 8(071)-09/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 8(071)-09/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu məxsus 2,28 ha torpaq sahəsinin 1,28 ha hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №8(071)-23/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-23/2023
01.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver