Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-24/2024 18.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman оğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Borclu, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-487/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 27.11,2023-cü il tarixli qərarla icraata başladığı Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-487/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1960-ci ildə Sabirabad rayonu, Xiləmirzəli kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 2525.8 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Hacıqabul rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, tələbkar icra və probasiya şöbəsinə yaxınlaşaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar əvvəllər pul vəsaitinin ödənilməsi məsələsi ilə maraqlana bilməmiş, lakin hal-hazırda pulun tam alınaraq ona verilməsini bildirmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, tələbkar ona məlum olmayan səbəblərdən məhkəmə iclasında iştirak etmir. Borc məbləği kiçik həcmdə olduğu üçün onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət yoxdur. Ona görə də, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-487/2023 nömrəli xx.xx.2023-ci il tarixli icra qeydinə əsasən Borclu 2500 manat məbləğində pul və 25,80 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, təqdimatda qeyd edilən borc məbləği cəmi 2500 manat təşkil edir, yəni həmin məbləğ yüksək məbləğ deyil. Bundan başqa, “elektron məhkəmə informasiya sistemində” olan sərhəd keçmə məlumatlarından görünür ki, Borclu ümumiyyətlə indiyə qədər ölkə ərazisini tərk etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Odur ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-487/2023-006 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-24/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-24/2024
18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver