Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-26/2023 12.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim оğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2881/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Münasib Muradov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 8(071)-13/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı üzrə Borclu məxsus olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2881/2019 saylı 19 sentyabr 2019-cı il tarixli icra sənədi üzrə borclular X6, X1, Borclu, X2 və X3 116113,36 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-yə ödənilməlidir. İcra tədbirləri nəticəsində əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus ünvan 1 ünvanında olan qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********23-06301 olan qeyri-yaşayış binası mövcuddur və Hacıqabul rayon Məhkəməsinin 8(071)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu məxsus olan ünvan 2 ünvanında qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********23-06301 olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. "Accessbank” QSC ərizə ilə İcra və Probasiya şöbəsinə müracət edərək Borclu razılığa əsasən borclunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bu səbəbdən sözügedən mülki iş üzrə qərardada əsasən qeyri-yaşayış binasına tətbiq olunan həbsin ləğv edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialalrında olan Hacıqabul rayon Məhkəməsinin 8(071)-13/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus olan ünvan 2 ünvanında yerləşən (qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********23-06301) qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. Tələbkar QSC-nin Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2881/2019 saylı 19 sentybar 2019-cu il tarixli icra sənədi üzrə Borclu və digərləri ilə Tələbkar QSC qarşısında olan öhdəliyə əldə olunmuş razılığa əsasən müştəriyə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədi tələbkar borclu ilə razılığa gəldiyini bildirərək, borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdiyindən, bununla da borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsas aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, Hacıqabul rayon Məhkəməsinin 8(071)-13/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 8(071)-13/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №8(071)-26/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-26/2023
12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver