Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-26/2025 17.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 “daşınar əmlak üzərinə həbs qoyulması” barədə xx.xx.2025-ci il tarixli təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 38/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Kia Sorento” minik markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, daha sonra xx.xx.2025-ci il tarixdə isə məhkəməyə məktub ünvanlayaraq, təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra şöbəsinin məktubunu araşdırıb hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 38/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun daşınar əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Hacəqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-26/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-26/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver