Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-27/2024 24.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Tələbkar, icra məmuru X1 iştirakı ilə, İcra sənədi üzrə Borclu tərəfindən verilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 715/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-715/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 10.040 (on min qırx) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 84,34 manat olmaqla, cəmi 10124,34 manat məbləğində pulun iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin 2(071)-715/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsi üzrə qalıq qalan məbləğdən ayda 200 manat olmaqla hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ailənin yeganə qazanc mənbəyidir. Lakin hazırda işsizdir. Maddi vəziyyəti qənaətbəxş deyil və başqa mənbələrdən gəliri yoxdur. Borclu olduğu məbləğlə bağlı etirazı yoxdur. Ödəməyi öz öhdəsinə götürür. Lakin hazırki vəziyyətini nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirir ki, qalıq qalan məbləğdən ayda 200 manat olmaqla hissə-hissə icra olunmasına razı deyildir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən icra məmuru X5 izahat verərək bildirir ki, 24 avqust 2024-cü ildə iş icraatına daxil olub. Tələbkar Borclu bildiriş və SMS göndərilməsinə baxmayaraq, icra şöbəsinə gəlməkdən yayınıbdır. Borclu məhkəmə iclasının yeri və vaxtı barəsində ona bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasın borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 999 nömrəli arayışdan müəyyən olunur ki, borclu İsayev X2 şəhəri X.Məmmədov küçəsi 31 ünvanında arvadı - X3, övladları – xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin sürətindən müəyyən olunur ki, Borclu xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı övladları var. Elektron Məhkəmə İnformasiya Sistemindən verilmiş sorğu əsasında müəyyən olunmuşdur ki, Borclu əmlak məlumatları, əmək müqaviləsi məlumatları, ünvanlı yardım, pensiya, sosial ödənişlər və qiymətli kağız məlumatları barədə sistem üzərində hər hansı məlumat yoxdur. Məhkəmə borclunu və icra məmurunu dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair borclunun ərizəsinə baxarkən borclunun mənafeyi ilə yanaşı, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, qalıq qalan məbləğdən ayda 200 manat olmaqla hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə ziddir və qətnamənin icra edilməməsi tələbkar üçün əlverişsizdir. Tələbkar tərəfindən isə qətnamənin hissə-hissə icrasına onun razılığını ifadə edən ərizəsi daxil olmamışdır. Məhkəmə hesab edir ki, tələbkarın mənafeyinin müdafiəsi baxımından borclunun ərizəsi təmin edilə bilməz. Belə ki, borcun bu qaydada hissəvi icrası qətnamənin daha gec icra edilməsi ilə nəticələnəcəkdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına mane törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231-ci, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Hacıqabul Rayon Məhkəməsinin 2(071)-715/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(071)-27/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-27/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver