Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-28/2023 19.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim оğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-156/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 8(071)-37/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı üzrə Borclu məxsus olan 1,2 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 156/2014 saylı 27 fevral 2014-cü il tarixli icra sənədi üzrə Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2014-cü il tarixdə Hacıqabul rayon İcra və Probasiya şöbəsinə dail olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlıə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmiş və əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan 1.2 ha pay torpaq sahəsi müəyyən edilmiş və Məhkəmənin 8(071)-37/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar X1 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-156/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu alimenti tam şəkildə ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarında olan Hacıqabul rayon Məhkəməsinin 8(071)-37/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, Borclu məxsus olan 1,2 ha pay torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar X1 rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-156/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu alimenti tam şəkildə ödədiyi üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Hacqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-156/2014 saylı 27 fevral 2014-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədi borclunun tələbkara olan borcu tam ödənildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən, bununla da borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsas aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, Hacıqabul rayon Məhkəməsinin 8(071)-37/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 8(071)-37/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus 1,2 ha pay torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №8(071)-28/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-28/2023
19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver