Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-28/2024 11.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar iştirakı ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-2454/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-2454/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci idə anadan olmuş, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olan və yaşayan Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Hacıqabul rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələb dərhal icra olunması ona izah olunmuşdur. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün adiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və icra sənədi üzrə tələbkara 9070 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsinə rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin qərarına əsasən hər ay 2 uşağa görə 386 manat aliment ödəməlidir. Lakin borclu borcunu ödəməkdən boyun qaçırır. Dəfələrlə şəxs İcra və Probasiya Şöbəsinə çağırılmış lakin o gəlməmişdir. Şəxs hal-hazırda ölkədən kənardadır. 9070 manat aliment borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, borclu aliment borcunu ödəmir. Borclunun ölkədən kənarda olduğunu sonradan bilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-2454/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, icra məmuru tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2454/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmiş, icra sənədinin icrası ilə əlaqədar onun izahatı alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın və tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına tam nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-2454/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1991-cı idə anadan olmuş, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-28/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-28/2024
11.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver