Məhkəmə qərarları › İş №8(071)-29/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-29/2025

02.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-29/2025 02.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, tələbkarın nümayəndəsi X1, Borclu iştirakları ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədovun təqdimatına Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5790 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Hazırda icra məmuru Hacıqabul rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1978-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 489/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5790 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək ehtimalını nəzərə alaraq, təqdimatla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək izahatında bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5790 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Hazırda Borclu olduğu pul məbləğini tələbkara tam şəkildə ödəməmişdir. Buna görə də, icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək ehtimalını nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Borclu olduğu pul məbləğini tələbkara tam şəkildə ödəməmişdir. Buna görə də, təqdimatın təmin edilməsini, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla razı deyil. Belə ki, o, Gürcüstan Respublikasına gedərək orda işləmək istədiyini bildirmişdir. Həmin işdən əldə edəcəyi qazancla borcunu ödəməyə çalışacaqdır. Buna görə də, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə təqdimatı, icra işi materiallarını araşdırıb, borcun üzrsüz səbəbdən ödənilmədiyini və hazıradək görülən icra tədbirinin mütənasibliyini, buna baxmayaraq görülən tədbirlərin nəticə verməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işində olan tələbin könüllü icrasına dair bildirişin və icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, icra sənədi ilkin olaraq xx.xx.2024-cü il tarixdə icraya yönəldilərək icra edilməsi üçün Hacıqabul rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həmin şöbədə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla təhvil almış, eyni zamanda izahatı alınmışdır. Buna baxmayaraq hazıradək Borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İcra məmuru tərəfindən görülən tədbirlərə baxmayaraq borcu üzrə ödəniş həyata keçirmir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1978-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclunın ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1978-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclunın ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar