Məhkəmə qərarları › İş №8(071)-3/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-3/2025

08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-3/2025 08.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Cavabdeh icra məmuru X1 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Cavabdeh icra məmuru X1 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-969/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikiasının Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC xx.xx.2024-cü il tarixdə həmin qərardan məhkəməyə şikayət verərək, icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(071)-969/2023 saylı qətnaməsinə əsasən cavabdeh X2 "xxxx" ASC-nin xeyrinə, cəmi 5489,85 manat məbləğində kredit borcunun və 74,90 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Cavabdehnə göndərilmişdir. Qeyd olunan icra sənədinin icraata qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh X4 icra sənədi üzrə tələbi təmin etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarına əsasən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(071)-969/2023 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd edilmişdir ki, icra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Həmçinin mənzilə baxış keçirilərkən tələbkar məlumatlandırılmamış və iştirakı təmin edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar "xxxx" ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. İcra məmurunun hərəkətləri qanunsuz olduğundan xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi haqqında qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh icra məmuru X3 izahatında bildirmişdir ki, borclunun nikah dövründə həyat yoldaşının (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmamasını müəyyən edilməmişdir. Borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Cavabdeh icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, icra məmuru “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Hazırkı icra sənədi üzrə isə icra məmurunun bütün tədbirləri görməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, icra məmurunun qərarı əsassız olduğundan ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar "xxxx" ASC-nin şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-969/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Cavabdeh icra məmuru X1 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar