Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-30/2023 26.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman оğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Borclu, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2022 saylı xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi haqqında” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-85/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin Borclu məxsus olan “MitsubishiL200” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsinə və bu avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-85/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu Tələbkar1 və Tələbkar2 xeyrinə 2985 (iki min doqquz yüz səksən beş) manat alınması qət edilmişdir. Tələbin könüllü icrası üçün borcluya rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin, borclu Tələbkar1 və Tələbkar2 tələbinin könüllü icrasını təmin etməmişdir. Bununla bağlı Borclu əmlakı barədə aidiyyəti sorğular verilmiş və müəyyən olunmuşdur ki, borclunun mülkiyyətində “MitsubishiL2005” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı minik, “QAZ 553330AP-17” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı yük və “İNFİNİTİ QX80” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri mövcuddur. Tələbkarlar Tələbkar1 və Şirəliyev X1 rayon İcra və Probasiyə Şöbəsinə ərizə ilə müraciət edərək tələbin “MitsubishiL2005” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsinə dair təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkarlar Tələbkar1 və Tələbkar2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyərək, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin normaya əsasən, borclunun icra sənədi üzrə tələbin yönəldilə biləcəyi bir neçə əmlakı olduğu halda, o, tələbin hansı əmlaka yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Onun bu müraciəti icra sənədinin icrasına mane olmadığı halda, icra məmuru borculunun bu müraciətini təmin etməyə borcludur. Təqdimata əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borclunun mülkiyyətində təqdimatda göstərilən “MitsubishiL2005” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomaşından başqa, “QAZ 553330AP-17” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı yük və “İNFİNİTİ QX80” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri vardır. Bu halda, qanunun tələbinə görə, icra sənədi üzrə tələbin hansı əmlaka yönəldilməsini borclu icra məmuruna bildirmək hüququna malikdir. Lakin, iş materiallarından görünür ki, icra məmuru tələbin borclunun əmlakına yönəldilməsi barədə məhkəməyə təqdimat verməmişdən əvvəl borclunun İcra haqqında Qanunun 45.6-cı maddəsində nəzərdə tutulan hüququnu təmin etməmiş, tələbin hansı əmlaka yönəldilməsi barədə borclunun fikrini öyrənməmiş, bu barədə heç bir tədbir görməmişdir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyula bilər. Təqdimata əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, borclunun mülkiyyətində müxtəlif tipli və bazar qiyməti daha ucuz olan avtomobillər mövcuddur. Təqdimatda borcludan tutulması qeyd edilən məbləğin 2985 (iki min doqquz yüz səksən beş) manat olması nəzərə alınaraq məhkəmə hesab edir ki, həmin məbləğ üzərinə həbs qoyulması nəzərdə tutulan əmlakın dəyərinə mütənasib deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin Borclu məxsus olan “MitsubishiL2005” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və bu avtomobilin üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimat təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-30/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-30/2023
26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver