Məhkəmə qərarları › İş №8(071)-32/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-32/2022

11.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-32/2022 11.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-523/2021 nömrəli qərardadı ilə Borclu məxsus olan “Vaz” 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Tələbkar ASC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-523/2021 nömrəli qərardadı ilə cavabdeh Borclu məxsus olan “VAZ 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulmuşdur. Tələbkar ASC-nin səlahiyyətli nümayəndəsi Əliabbas Şamilov xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Tələbkar ASC-yə olan borcunu tam ödədiyini bildirmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-523/2021 nömrəli qərardadı ilə Borclu məxsus olan “Vaz” 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. İcra işi üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Borclu banka olan borcu ödənildiyinə görə borclunun əmlakının üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-523/2021 nömrəli qərardadı ilə Borclu məxsus olan “Vaz” 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Hacıqabul rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar