Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-33/2022 25.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-446/2022 nömrəli icra sənədi üzrə Borclu2 əmlakının üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Ramil Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-446/2022 nömrəli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 31.318 manat pul müştərək qaydada tutularaq Tələbkar ödənilməlidir. Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Ramil Məmmədov xx.xx.2022-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 məxsus olan “Hyundai İX-35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz 410D mikroavtobus markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-446/2022 nömrəli icra sənədi üzrə borcun könüllü ödənilməsi təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 adına qeydiyyatdan keçmiş “Hyundai İX-35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz 410D mikroavtobus markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına zərurəti yaranmışdır. Hacıqabul rayon İcra Şöbəsi tərəfindən borclulara Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilməsi barədə müvafiq bildiriş göndərilmişdir. Lakin borclular borcun könüllü ödənilməsini təmin etməmişdir. Elektron icra sistem məlumatından müəyyən edilmişdir ki, Borclu2 adına “Hyundai İX-35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz 410D mikroavtobus markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 məxsus olan “Hyundai İX-35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz 410D mikroavtobus markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-446/2022 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 məxsus olan “Hyundai İX-35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 410D” mikroavtobus markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Hacıqabul rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(071)-33/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-33/2022
25.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver