Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-33/2024 11.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Tələbkar Yedulla oğlunun iştirakları ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-730/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 7234,4 manat borc tutularaq Tələbkar Yedulla oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən - Hacıqabul rayonu, Rəncbər kəndinə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında böyük icra məmuru X2 izahat verərək bildirdi ki, şəxs borcunu ödəməkdən boyun qaçırır. Tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. Onun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar Yedulla oğlu izahat verərək bildirdi ki, təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Əliyev X3 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-730/2022 saylı icra sənədinə əsasən Borclu nisyə aldığı taxıl və yem məmulatlarının dəyərindən ödənilməmiş qalan 7140 manat borc və ödənilmiş 92,40 manat dövlət rüsumu olmaqla, cəmi 7232,40 manat pul tutularaq iddiaçı Tələbkar Yedulla oğluna ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-730/2022 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Əliyev X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-730/2022 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, icra şöbəsinə gəlməsi barədə xəbərdarlıqlara baxmayaraq, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən, eləcə də icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1988-ci ildə Salyan rayonu, Rəncbər kəndində anadan olmuş, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olan və yaşayan Əliyev X3 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-33/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-33/2024
11.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver