Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-34/2024 10.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Təqdimat verən böyük icra məmuru –X1, Tələbkar Yedulla oğlunun iştirakı ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-730/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan daşınmaz əmlak üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-730/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 7232,4 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar Yedulla oğlunun xeyrinə ödənilməsi müəyyən edilmişdir. Hazırda Hacıqabul Rayon İcra Şöbəsinin icra məmuru Muradov Münasib təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********26 olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcraat zamanı “elektron icra” informasiya sistemindən alınmış məlumata əsasən borcluya məxsus olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********26 olan torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar Yedulla oğlu izahat verərək bildirir ki, Borclu borcunu ödəməkdən yayınır. Maddi cəhətdən imkanı var, lakin borcunu ödəmək istəmir. Məhkəmə iclasında iştirak edən böyük icra məmuru X2 izahat verərək bildirir ki, araşdırma nəticəsində borclunun mülkiyyətində torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş edir. Həmin torpaq sahəsi Hacıqabul rayonu, Rəncbər kəndində yerləşir. Məhkəmə tələbkarı və icra məmurunu dinləyib, icra işi və iş materiallarını nəzərdən keçirib, borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini, borcun uzun müddət ərzində icra edilmədiyini və görülən icra tədbirinin borc məbləğinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməli və borcluya məxsus olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********26 olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Belə ki, icra işində olan tələbin könüllü icrasına dair bildirişin və icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Qeyd olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-730/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu məxsus Hacıqabul rayonu Rəncbər kəndində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********26 olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-34/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-34/2024
10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver