Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-35/2023 30.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-833/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbs qoyulması dair Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 833/2022 saylı xx.xx.2022-ci il tarixli saylı icra vərəqəsinin icrası ilə əlaqədar Borclu daşınmaz əmlakının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 833/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 31799 manat pul vəsaiti və dövlət rüsumu alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasının könüllü təmin olunması məqsədi ilə 10 gün müddət vaxt verilmişdir. Lakin, bu günə qədər Borclu borcundan heç bir ödəniş etməmişdir. Borcluya məxsus əmlakı müəyyən etmək məqsədi ilə elektron sistem vasitəsi ilə sorğu keçirilərək Borclu adına olan daşınmaz əmlakının olması müəyyən edilmişdir. Hazırda Borclu icra sənədi üzrə cəmi 31799 manat borcu qalmaqdadır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin həmin daşınmaz əmlaka yönəldilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında icra məmuru X2 təqdimatın məzmununa uyğun çıxış edərək, təqdimatın təmin edilməsi, borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar "xxxx" MMC və Borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Hacıqabul rayon Məhkəməsinin 2(071)-833/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 31799 manat pul vəsaiti alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Hacıqabul rayon Məhkəməsinin 2(071)-833/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan şəxsə dair məlumatlardan görünür ki, Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsi və Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən ümumi sahəsi 164 m2 olan 2 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış təyinatlı daşınmaz əmlak vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, eləcə də borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakının olması müəyyən edildiyindən, icra sənədində göstərilən pul məbləğinin tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus daşınmaz əmlak üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-833/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsi və Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən ümumi sahəsi 164 m2 olan 2 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış təyinatlı daşınmaz əmlak üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-35/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-35/2023
30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver