Məhkəmə qərarları › İş №8(071)-36/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-36/2025

16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-36/2025 16.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X4, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Hacıqabul rayon Məhkəməsinin e-2(071)-812/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclular Borclu1 və Borclu2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatına Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin e-2(071)-812/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 xx.xx.2022-ci il tarixli DKM/021N05A01556922 saylı kredit müqaviləsi üzrə 8320,36 manat əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1090,81 manat faiz borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 153,01 manat məbləğində cərimə olmaqla cəmi 9564,18 manat (doqquz min beş yüz altımış dörd manat on səkkiz qəpik) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115,64 manat (yüz on beş manat altımış dörd qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Hazırda icra məmuru Hacıqabul rayon Məhkəməsinin e-2(071)-812/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu1 və xx.xx.1991ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin e-2(071)- 812/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 xx.xx.2022-ci il tarixli DKM/021N05A01556922 saylı kredit müqaviləsi üzrə 8320,36 manat əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1090,81 manat faiz borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 153,01 manat məbləğində cərimə olmaqla cəmi 9564,18 manat (doqquz min beş yüz altımış dörd manat on səkkiz qəpik) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115,64 manat (yüz on beş manat altımış dörd qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclular Borclu1 və Borclu2 ölkədən getmək ehtimalını nəzərə alaraq, təqdimatla borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X7 təqdimatı müdafiə edərək izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclular Borclu1 və Borclu2 ölkədən getmək ehtimalını nəzərə alaraq, Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, borclular Borclu1 və Borclu2 borclu olduğu pul məbləğini tələbkara tam şəkildə ödəməmişdir. Buna görə də, təqdimatın təmin edilməsini, borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, icra işi materiallarını araşdırıb, borcun üzrsüz səbəbdən ödənilmədiyini və hazıradək görülən icra tədbirinin mütənasibliyini, buna baxmayaraq görülən tədbirlərin nəticə verməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işində olan tələbin könüllü icrasına dair bildirişin və icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, icra sənədi ilkin olaraq xx.xx.2024-cü il tarixdə icraya yönəldilərək icra edilməsi üçün Hacıqabul rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həmin şöbədə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə borclular Borclu1 və Borclu2 bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla təhvil almışlar, eyni zamanda izahatları alınmışdır. Buna baxmayaraq hazıradək borclular Borclu1 və Borclu2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İcra məmuru tərəfindən görülən tədbirlərə baxmayaraq borcu üzrə ödəniş həyata keçirmir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin e-2(071)-812/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular - xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu1 və xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu2 ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin e-2(071)-812/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular - xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu1 və xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu2 ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar