Məhkəmə qərarları › İş №8(071)-4/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-4/2023

15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-4/2023 15.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim оğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin 2(043)-608/2014 saylı 15 dekabr 2014-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, Münasib Muradov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(043)-608/2014 saylı 15 dekabr 2014-cü il tarixli icra sənədi üzrə Borclu məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı ZİL-MMZ-554 yük avtomobili, **-BA-*** dövlət qeydiyyat nişanlı ZİL-431410 yük avtomobili və **-BB-*** dövlət qeydiyyat nişanlı M-21 markalı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Hacıqabul rayon Məhkəməsinin 8(071)-147/2015 saylı, 02 iyul 2015-ci il tarixli qərardadı ilə iş üzrə Borclu mülkiyyətində olan **-BD-*** dövlət qeydiyyat nişanlı ZİL-MMZ-554 yük avtomobili, **-BA-*** dövlıət qeydiyyat nişanlı ZİL-431410 yük avtomobili və **-BB-*** dövlət qeydiyyat nişanlı M-21 minik avtomobillərinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borc borclu tərəfindən tam şəkildə tələbkarın hesabına ödənilmiş və bu barədə tələbkarın ərizəsi icra işinə əlavə olunmuşdur. Odur ki, Hacıqabul rayon Məhkəməsinin 8(071)-147/2015 saylı, 02 iyul 2015ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş yuxarıda göstərilən Borclu məxsus avtomobillərin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(043)-608/2014 saylı 15 dekabr 2014-cü il tarixli icra sənədindən görünür ki, Borclu 540 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 8(071)-147/2015 saylı, 02 iyul 2015-ci il tarixli qərardadından görünür ki, Borclu mülkiyyətində olan **-BD-*** dövlət qeydiyyat nişanlı ZİL-MMZ-554, **-BA-*** dövlət qeydiyyat nişanlı ZİL-431410 və **-BB-*** dövlət qeydiyyat nişanlı M-21 markalı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Tələbkar tərəfindən Hacıqabul rayon İcra və probasiya şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Borclu tərəfindən ona olan 570 manat borc məbləği tam şəkildə ödənilmişdir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsaslar aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı ZİL-MMZ-554, **-BA-*** dövlət qeydiyyat nişanlı ZİL-431410, və **-BB-*** dövlət qeydiyyat nişanlı M-21 markalı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(043)-608/2014 saylı 15 dekabr 2014-cü il tarixli icra sənədi üzrə Borclu məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı ZİL-MMZ-554, **-BA-*** dövlət qeydiyyat nişanlı ZİL-431410 və **-BB-*** dövlət qeydiyyat nişanlı M-21 markalı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar