Məhkəmə qərarları › İş №8(071)-47/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-47/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-47/2025 06.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, icra sənədi üzrə Borclu iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-739/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin 2(071)-739/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclular Borclu və X1 1098,47 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Qaz 2705” minik markalı, **-BH-*** və “Vaz 2102” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırlımışdır ki Hacıqabul rayon Məhkəməsinin 2(071)- 739/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclular Borclu və X1 1098,47 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə Hacıqabul rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu və X2 icra sənədində qeyd olunan ünvanlara göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində “Qaz 2705” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2102” minik markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Hazırda icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyulması və tələbin əmlaka yönəlməsi məcburi icra tədbirinin həyata keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu izahat verərək bildirmişdir ki, hazırda işsizdir. Rəsmi gəliri yoxdur. “X4 Azərbaycan” QSC-yə borclu olduğu 1098,47 manat məbləği tam şəkildə ödəməyə maddi imkanı olmadığından borcunu hissə-hissə ödəyəcəkdir. Mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatının təmin edilməsinə etirazı yoxdur. İcra sənədi üzrə tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ödənilməli olan borc məbləğinin həcmini, məcburiyyət tədbirinin borc məbləğinə mütənasibliyi məsələsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “Qaz 2705” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2102” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Qaz 2705” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2102” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar