Məhkəmə qərarları › İş №8(071)-5/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-5/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-5/2024 14.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman оğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-521/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bank Respublika ASC-nin səlahiyyətli nümayəndəsi Əliabbas Şamilov tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2021-ci il tarixli 2(071)-521/2021 saylı, qərardadı ləğv edərək cavabdeh Borclu məxsus “Vaz 21074” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-521/2021 saylı qarardadına əsasən Borclu məxsus “VAZ” markalı “21074” modelli **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd olunan qərardadın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə və Şirvan regional Qeydiyyat imtahan və Texniki Baxış şöbəsinə həvalə edilmişdir. Borclu bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və Bank Respublika ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-521/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus olan “Vaz 21074” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar Bank Respublika ASC-nin səlahiyyətli nümayəndəsi Əliabbas Şamilov Borclu ilə Bank Respublika ASC qarşısında olan öhdəliyə əldə olunmuş razılığa əsasən müştəriyə məxsus “Vaz 21074” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə tələbkar borclu ilə razılığa gəldiyini bildirərək, borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdiyindən, bununla da borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsas aradan qalxdığından, verilmiş ərizə təmin olunmalı, Hacıqabul rayon Məhkəməsinin 2(071)-521/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Vaz 21074” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-521/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Vaz 21074” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar