Məhkəmə qərarları › İş №8(071)-6/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-6/2023

01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-6/2023 01.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(071)-110/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(071)-110/2021 saylı icra sənədinə əsasən tələbkar "xxxx" Finance MMC-nin xeyrinə xx xxxxxx 1979-cu ildə Hacıqabul rayonunda anadan olmuş, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 83-də qeydiyyatda olan Borclu 522 manat əsas. 30 manat dövlət rüsumu olmaqla, cəmi 584 manat məbləğində borcun tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş göndərilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin, Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq, bugünki tarixə qədər borclu borcunu ödəməmiş və Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Qədirova X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-110/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 522 manat əsas. 30 manat dövlət rüsumu olmaqla, cəmi 584 (beş yüz səksən dörd) manat pul tutularaq tələbkar "xxxx" Finance MMC-nə ödənilməlidir. Təqdimata əlavə edilmiş 04 mart 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Hacıqabul rayon Məhkəməsinin 2(071)-110/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş 28 aprel 2021-ci il tarixli, 12 yanvar 2023-cü il tarixli və 26 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Borclu Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gələrək tələbin icrasını təmin etməsi barədə xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Qədirova X1 rayon Məhkəməsinin 2(071)- 110/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, icra şöbəsinə gəlməsi barədə xəbərdarlıqlara baxmayaraq, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən, eləcə də icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Hacıqabul rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxxxx 1979-cu ildə Hacıqabul rayonunda anadan olmuş, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 83-də qeydiyyatda olan və yaşayan Qədirova X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar