Məhkəmə qərarları › İş №8(071)-6/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-6/2024

07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-6/2024 07.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, təqdimat verən Hacıqabul rayon icra və probasiya şöbəsinin icra məmuru X1, icra sənədi üzrə Tələbkar1, icra sənədi üzrə Borclu iştirakları, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan daşınar (avtomobil) əmlakı üzərinə həbs qoyulmasına dair Hacıqabul rayon icra və probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N Е T D İ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “Mitsubishi L200” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı, “Qaz 5533307AP-17” yük markalı **-EF-*** dövlət qeydiyyat nişanlı və “İnfiniti QX80” minik markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 85/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar2 və Tələbkar1 xx.xx.2014-cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən tələbkar Borclu xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılaraq mülkiyyətçi Borclu təhvil verilməlidir. Həmçinin icra sənədi ilə müəyyən edilmişdir ki, Tələbkar2 və Tələbkar1 tərəfindən Borclu xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsinin cəmi 3.39 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün çəkilmiş 2985 manat xərc Borclu tutularaq Tələbkar1 və Tələbkar2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Tələbkar2 və Tələbkar1 torpaq sahəsindən çıxarılaraq, mülkiyyətçisi Borclu təhvil verilmiş, lakin Borclu Tələbkar2 və Tələbkar1 ödəniləcək 2985 manat pul məbləğini ödəməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində “Mitsubishi L200” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı, “Qaz 5533307AP-17” yük markalı 90-EF709 dövlət qeydiyyat nişanlı və “İnfiniti QX80” minik markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Hazırda icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlaklarının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirlərinin tətbiq edilməsi zərurəti yaranmışdır. Təqdimatla hər üç avtomobilin üzərinə həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X3 təqdimatın məzmununa uyğun çıxış edərək, təqdimatın təmin edilməsi, borclunun hər üç əmlakı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etdi. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, aparılmış məcburi icra tədbiri olaraq müvafiq sorğular verilmiş borclunun bank hesabları olmasına baxmayaraq vəsait olmadığından, eləcə də onun mülkiyyətində tutmanın yönəldilə biləcəyi digər daşınar əşya aşkar edilmədiyindən, əmək haqqına isə digər icra sənədi üzrə aliment tələbi ilə bağlı tutma yönəldildiyindən hazıradək borc tələbinin təmin edilməsi mümkün olmamışdır. Bundan başqa borclunun əvvəlki məhkəmə iclasında üzərinə həbs qoyulmasını təklif etdiyi “Qaz 5533307AP-17” yük markalı 90-EF709 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız vəziyyətdə olmaqla işlək vəziyyətdə deyildir və həmin nəqliyyat vasitəsinə baxış keçirilməklə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri mütənasib olaraq borc məbləğini tam təmin etdiyindən yalnız həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Tələbkar1 izahatında təqdimatı müdafiə edərək bildirdi ki, icra sənədinin icraya yönəldiyi vaxtdan bugünə kimi borclu borcundan heç bir ödəniş etməmişdir. Borclunun əvvəlki məhkəmə iclasında üzərinə həbs qoyulmasını təklif etdiyi “Qaz 5533307AP-17” yük markalı nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətdə olmaqla istifadə olunmur. Ona görə də hesab edir ki, yalnız həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulacağı təqdirdə borcun təmin edilməsi mümkün olmayacaqdır. Borcunun birdəfəlik və tam şəkildə ödənilməsini tələb edir, borclu ilə borcun hissə-hissə ödənilməsi ilə bağlı təklifi ilə razılaşmır, təqdimatın digər nəqliyyat vasitələrinə münasibətdə təmin edilməsini və həbs qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirir ki, ona məxsus **-EF- *** dövlət qeydiyyat nişanlı “Qaz 5533307AP-17” yük markalı nəqliyyat vasitəsinə həbs qoyulmasına etiraz etmir, belə ki, həmin nəqliyyat vasitəsinin bazar qiyməti hazırda 8-10 min manat arası təşkil edir. “İnfiniti QX80” minik markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə 100 min manatdan artıqdır, həmin nəqliyyat vasitəsi ailə üzvlərinin istifadəsindədir. Digər “Mitsubishi L200” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili isə özü istifadə edir və təsərrüfat işlərinə həmin avtomobili istifadə edir. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, indi 500 manat borcundan ödəməyə, borcun qalan hissəsini isə 1 ay ərzində ödəməyə hazırdı. Tələbkar borcun hissə-hissə ödənilməsinə razı olmadığı, icra məmurunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli akt nəzərə alınacağı təqdirdə “Mitsubishi L200” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun təsərrüfat işlərinin aparılmasında zəruri olduğundan kifayət qədər dəyəri olan mülkiyyətindəki “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına etiraz etmir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2985 (iki min doqquz yüz səksən beş) manat pul vəsaiti alınaraq Tələbkar2 və Tələbkar1 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş 02 may 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Bildiriş borcluya xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilməklə onun tərəfindən imzalanmışdır. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" QSC-nin xx.xx.2023cü il tarixli məktubundan müəyyən edilir ki, icra şöbəsinin Tələbkar2 borcunun tutulmasının onun əmək haqqına yönəldilməsinə dair müraciətə baxılmış, lakin onun əmək haqqından aylıq 50% aliment Qaradağ rayon icra şöbəsinin məktubuna əsasən tutulduğundan borcun ödənilməsi üçün tutulmanın aparılması mümkün olmamışdır. Həmçinin təqdimata əlavə edilmiş məktublardan müəyyən edilir ki, Borclu “X5” ASC, QSC “Bank Standart” KB-də və "xxxx" ASC-də olan bank hesablarına həbs qoyulmasına baxmayaraq hesablarda pul vəsaiti olmadığından tutma yönəldilməsi mümkün olmamışdır. İş materiallarında olan “elektron icra informasiya sistemi”ndən əldə edilmiş sorğu məlumatından görünür ki, Borclu mülkiyyətində “Mitsubishi L200” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı, “Qaz 5533307AP-17” yük markalı, 90-EF709 dövlət qeydiyyat nişanlı və “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2.tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3.tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitinə və ya digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunması; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrindən nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərinin tətbiqini istisna etmir. Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlak üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəyə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda, Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, hazırda borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi pul vəsaiti aşkar edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, eləcə də borcluya məxsus tələbin yönəldilə biləcəyi təqdimatda göstərilən nəqliyyat vasitələrindən başqa əmlakının olması müəyyən edilmədiyindən borclunun mülkiyyətində olan nəqliyyat vasitəsi üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Lakin məhkəmə tələbin həcmini borclunun mülkiyyətində olan nəqliyyat vasitəsinin dəyərinə münasibətdə mütənasibliyini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqdimat qismən təmin edilməli və Borclu mülkiyyətində olan “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalı, təqdimat həmin hissədə təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən borclunun onun mülkiyyətində olan hansı əmlak üzərinə həbsin qoyulmasını təklif etmək hüququ vardır, hazırkı məhkəmə iclası zamanı isə Borclu ilk növbədə mülkiyyətində olan “Qaz 5533307AP-17” yük markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını təklif etmişdir. Lakin qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli aktdan göründüyü kimim yararsız və işlək vəziyyətdə olmadığından, tələbin ona yönəldilməsi isə icranı qeyri-mümkün edəcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hissədə borclunun vəsatəti təmin edilə bilməz. Borclunun digər təklifi “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması olmuşdur ki, məhkəmə hesab edir ki, bu hissədə tələb mütənasib olduğundan və icra sənədinin təmin edilməsinə mane olmadığından təqdimat bu hissədə təmin edilə bilər. Eyni zamanda iki nəqliyyat vasitəsi üzərinə həbs qoyulması mülkiyyətçini daha çox məhrumiyyətlərə məruz qoyduğundan və tələbin həcminə mütənasib olmadığından digər “Mitsubishi L200” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə həbs qoyulması ilə bağlı hissədə təqdimat təmin edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqdimat qismən təmin edilməli və Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və tələb həmin əmlaka yönəldilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “İnfiniti QX80” minik markalı, **- HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar