Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-60/2025 04.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, təqdimat verən icra məmuru X2 iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ-21074” minik markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Notariat Kontorunun 2457 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 384,13 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2019-ci il tarixdə Hacıqabul rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən olunmuş və Hacıqabul Rayon Məhkəməsinin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” minik markalı, **-ZO- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu Tələbkar ASCyə olan borcunu tam şəkildə ödəmişdir. Odur ki, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, icra sənədi üzrə Borclu tərəfindən 384,13 manat məbləğində pul Tələbkar ASC-yə tam şəkildə ödənildiyi üçün borclunun mülkiyyətində olan və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “VAZ 21074” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Odur ki, təqdimatın təmin edilməsini və borclunun mülkiyyətində olan daşınar əmlakın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqdimata baxılmasının vaxtı və yeri barədə borcluya və tələbkara lazımi qaydada bildiriş göndərilsə də, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan : - Hacıqabul Rayon Notariat Kontorunun 2457 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 384,13 manat pul tutularaq Tələbkar ASC-yə ödənilməsi müəyyən edilmişdir. - Həmin icra sənədi üzrə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması haqqında təqdimat təmin edilmiş və Hacıqabul Rayon Notariat Kontorunun 2457 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “VAZ-21074” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. -Elektron icra informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, “VAZ-21074” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Borclu adına reyestrdə qeydə alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Hacıqabul Rayon Notariat Kontorunun 2457 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə həbs qoyulmuşdur. Bundan sonra icra məmuru təqdimatla məhkəməyə müraciət edərək borcun tam ödənildiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verildiyini bildirmiş və həmin qərar mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verildiyinə görə həmin icra sənədinin təmin edilməsi məqsədilə borclunun əmlakının üzərində həbsin saxlanmasına da zərurət qalmamışdır. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Hacıqabul Rayon Notariat Kontorunun 2457 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “VAZ-21074” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İcra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ-21074” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul rayon Məhkəməsinin 8(071)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-60/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-60/2025
04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver