Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-63/2025 11.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X3 iclas katibliyi, təqdimat verən icra məmuru X4 iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “İnfiniti QX80” minik markalı, **- HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 85/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X1 və Tələbkar2 xx.xx.2014cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən Borclu xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılaraq mülkiyyətçi Borclu verilməlidir. X1 və Tələbkar2 tərəfindən Borclu xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün çəkilmiş 2985 manat xərc Borclu alınaraq X1 və Tələbkar2 verilməlidir. İcra sənədi xx.xx.2023-ci il tarixdə Hacıqabul rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə X1 və Şirəliyev X2 Simay Rəsul oğluna məxsus torpaq sahəsində çıxarılmış və həmin torpaq sahəsi Borclu təhvil verilmişdir. Lakin Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi könüllü təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan "İnfiniti QX80" minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən olunmuş və Hacıqabul Rayon Məhkəməsinin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus "İnfiniti QX80" minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu X1 və Tələbkar2 olan borcunu tam şəkildə ödəmişdir. Odur ki, icra sənədi üzrə Borclu məxsus olan “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında bildirmişdir ki, icra sənədi üzrə Borclu tərəfindən borclu olduğu pul məbləği tam şəkildə ödənildiyi üçün borclunun mülkiyyətində olan və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Odur ki, təqdimatın təmin edilməsini və borclunun mülkiyyətində olan daşınar əmlakın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqdimata baxılmasının vaxtı və yeri barədə borcluya və tələbkarlara lazımi qaydada bildiriş göndərilsə də, borclu və tələbkarlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2985 (iki min doqquz yüz səksən beş) manat pul vəsaiti alınaraq Tələbkar1 və Tələbkar2 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş 02 may 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Bildiriş borcluya xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilməklə onun tərəfindən imzalanmışdır. Həmin icra sənədi üzrə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması haqqında təqdimat qismən təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə həbs qoyulmuşdur. Bundan sonra icra məmuru təqdimatla məhkəməyə müraciət edərək borcun tam ödənildiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verildiyini bildirmiş və həmin qərar mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verildiyinə görə həmin icra sənədinin təmin edilməsi məqsədilə borclunun əmlakının üzərində həbsin saxlanmasına da zərurət qalmamışdır. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Hacıqabul rayon Məhkəməsinin 2(071)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İcra sənədi üzrə Borclu mülkiyyətində olan “İnfiniti QX80” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Hacıqabul rayon Məhkəməsinin 8(071)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-63/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-63/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver