Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-7/2023 01.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 2(071)-673/2022-003 saylı, 16 avqust 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu Salehli Muxtar Saleh oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-673/2022-003 nömrəli, 16 avqust 2022ci il tarixli icra sənədinə əsasən borclu Salehli Muxtar Saleh oğlundan 1655,19 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Hacıqabul rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Salehli Muxtar Saleh oğluna göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-673/2022-003 saylı, 16 avqust 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Salehli Muxtar Saleh oğlundan xx.xx.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı İmei kodu **********73324 Xiaomi Redmi Note 9S markalı telefonun dəyərindən ödənilməmiş qalan 271 manat əsas borc və 27 manat cərimə; xx.xx.2020-ci il tarixli, müqavilə üzrə nisyə aldığı İmei kodu **********31084 olan Xiaomi Redmi Note 9 markalı telefonun dəyərindən ödənilməmiş qalan 192,80 manat əsas borc və 19,20 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı PlayStation4 pult markalı kompyuterin dəyərindən ödənilməmiş qalan 1.008,60 manat əsas borc, hesablanmış 100,40 manat cərimə və ödənilmiş 36,19 manat dövlət rüsumu olmaqla, ümumilikdə üç müqavilə üzrə 1655,19 (min altı yüz əlli beş manat on doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, həmin bildirişin surəti borclu Salehli Muxtar Saleh oğluna təqdim edilməklə, ona Hacıqabul rayon Məhkəməsinin 2(071)-673/2022-003 saylı, 16 avqust 2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın və tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına tam nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu Salehli Muxtar Saleh oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-673/2022-003 saylı, 16 avqust 2022-ci il tarixli icra sənədi üzrə borclu – 22 iyun 1986-cı il tarixdə Sabirabad rayon Abdulyan kəndində doğulmuş, Hacıqabul rayon Abdulabad kəndində qeydiyyatda olan və yaşayan Salehli Muxtar Saleh oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №8(071)-7/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-7/2023
01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver