Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-73/2025 08.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Maraqlı şəxs rəisi X1, Tələbkar, Borclu iştirakları ilə, Maraqlı şəxs rəisi X1 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Maraqlı şəxs rəisi X1 xx.xx.2025-ci il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-493/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar xx.xx.2025-ci il tarixdə həmin qərardan məhkəməyə şikayət verərək, icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X2 izahatında bildirmişdir ki, Borclu barəsində zəruri icra tədbirləri görülmüş, tələbin yönəldilə biləcəyi əmlaka dair müvafiq sorğular edilmiş, lakin borclunun mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. İcra və Probasiya Şöbəsi tərəfindən bütün zəruri addımlar atılmışdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, Maraqlı şəxs tərəfindən bütün zəruri addımlar atılmamışdır. İşin təkrar araşdırılması üçün icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, borcunu ödəməyə heç bir maddi imkanı yoxdur. Həmçinin sağlamlıq vəziyyəti də qənaətbəxş deyildir. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs rəisi X1 xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8- 16-1/2-2133/2024 saylı məktubunda qeyd edilmişdir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmadığı və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi halda icra sənədini məhkəməyə qaytarmaq icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur. İcra sənədinin bu əsasla qaytarılması üçün icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmaqla, bu barədə tələbkara məlumat verilməlidir. Qanunun tələbindən göründüyü kimi, bu halda məhkəmənin icraya nəzarət çərçivəsində hərəkətləri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasına və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün mümkün tədbirlərin nəticə verməməsi ilə bağlı əsaslandırılmış aktın mövcudluğu, habelə bu haqda tələbkarın məlumatlandırıldığının yoxlanılması ilə məhdudlaşır. İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akt elektron qaydada tərtib edilməli olduğu halda, əl yazısı ilə yazılmış və həmin aktın tələbkara göndərilməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-493/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs rəisi X1 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-73/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-73/2025
08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver