Məhkəmə qərarları › İş №8(071)-8/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-8/2023

07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-8/2023 07.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(106)-2272/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(106)-2272/2022 saylı icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq 28 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər 150 manat sabit pul məbləğində aliment alınaraq X1 ödənilməlidir. Həmin icra sənədi Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu xəbərdarlıq məktubu göndərilərək xx.xx.2023-cü il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Hacıqabul rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, gəlməyəcəyi halda məcburi gətirilməsi haqqında qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu hər-hansı üzürlü səbəb göstərmədən Hacıqabul rayon İcra və Probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icra məmuru təqdimatda icra sənədi üzrə Borclu icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığını bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərlə icra məmurunun tələbin könüllü icrası barədə bildirişin borcluya çatdırılmasının qanuna müvafiq qaydada təmin olunması üçün müvafiq icra hərəkətlərini yerinə yetirməsini müəyyən etmək mümkün deyil. Bundan başqa icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra İdarəsinə çağırılması, ona xəbərdarlıqların göndərilməsi (poçt reyestri, xəbərnamə və s.) təqdimata əlavə edilmiş sənədlərdən görünmür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun mənasına görə, borclu icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı halda, onun barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tətbiq oluna bilər. Hazırki halda isə, borclunun icra hərəkətlərinin keçirildiyi yerə çağırılması və onun bu çağırışdan üzrsüz səbəbdən yayınması müəyyən olunmur. Bundan başqa, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Lakin, təqdimata əlavə edilmiş sənədlərə icra məmuru tərəfindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsində nəzərdə tutulan icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmiş qərarın qəbul edilməsi görünmür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şirvan Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(106)-2272/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar