Məhkəmə qərarları › İş №8(071)-83/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-83/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-83/2025 15.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, icra sənədi üzrə Borclu iştirakı ilə, Maraqlı şəxs icra məmuru X1 “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Maraqlı şəxs icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarı ilə Hacıqabul rayon Məhkəməsinin e-16(071)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. Tələbkar qız məhkəməyə şikayət verərək, icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və Hacıqabul rayon Məhkəməsinin e-16(071)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, icra məmurunun qərarından tələbkar tərəfindən verilmiş şikayətə dair hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə ərazi aidiyyəti qaydalarına riayət edilməsi məqsədi ilə işin baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı proses iştirakçılarının fikrini öyrənir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu izahat verərək bildirmişdir ki, mülki işin aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsində baxılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası “İcra haqqında” qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmiş icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğundan, yəni hazırki işə qərarından şikayət verilmiş icra məmurunun olduğu yer üzrə baxılmalı olduğundan, Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 8(071)-83/2025 saylı iş aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264-cü, 267-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d i: Maraqlı şəxs icra məmuru X1 “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə dair Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 8(071)- 83/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar