Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-89/2025 03.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru X2 iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Tələbkar ASC tərəfindən Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarından verilmiş şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Tələbkar ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədinin təkrarən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu barəsində olan tələbkarı olduqları Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra edilməyən icra sənədi kimi Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda borcluların əmlak vəziyyətinin yoxlanılmasından ötrü həmin icra sənədinin icraya yönəldilməsinə zərurət yaranmışdır. Odur ki, şikayətin təmin edilməsini, Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədinin təkrarən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs icra məmuru X3 izahatında bildirmişdir ki, icra məmurunun “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə və icra sənədinin təkrarən icraya yönəldilməsinə etiraz etmir. İcra sənədi üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə tələbkar və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri, 2(071)-587/2015 saylı mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərar ləğv edilməli və zəruri icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-587/2015 saylı xx.xx.2015-ci il tarixli əmrindən müəyyən edilir ki, Tələbkar ASC-nin cavabdeh Borclu qarşı kreditin və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Borclu 309 manat məbləğində əsas borc, 148,22 manat məbləğində faiz borcu olmaqla, cəmi 457,22 manat məbləğində borc tutularaq iddiaçı Tələbkar ASC-yə verilməsi, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilmiş, cavabdehdən 20 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin 5-125/2-369/2025 saylı xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Maraqlı şəxs rəisi Yasin Ədilov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, “Elektron İcra” informasiya sistemində yoxlamalar aparılmış və müəyyən edilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi xx.xx.2018-ci il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə qaytarılmışdır. Belə ki, icra məmuru “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. İcra işi məhkəməyə təqdim edilmədiyindən hazırkı icra sənədi üzrə isə icra məmurunun bütün tədbirləri görməsi öz təsdiqini tapmır. Eyni zamanda, “Elektron Məhkəmə” informasiya sistemində olan məlumatlardan aydın olur ki, icra sənədi üzrə Borclu hazırda “torpaq işləri/karxana”-da ixtisassız fəhlə olaraq işləyir və 410 manat məbləğində əmək haqqı alır. Tələbkar ASC-yə icra sənədi üzrə ödənilməmiş qalan borc məbləğinin ondan tutulmasına etiraz etmir. Belə olan halda məhkəmə qeyd edir ki, icra məmurunun qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmadığı və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi halda icra sənədini məhkəməyə qaytarmaq icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur. İcra sənədinin bu əsasla qaytarılması üçün icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmaqla, bu barədə tələbkara məlumat verilməlidir. Qanunun tələbindən göründüyü kimi, bu halda məhkəmənin icraya nəzarət çərçivəsində hərəkətləri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasına və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün mümkün tədbirlərin nəticə verməməsi ilə bağlı əsaslandırılmış aktın mövcudluğu, habelə bu haqda tələbkarın məlumatlandırıldığının yoxlanılması ilə məhdudlaşır. Məhkəmə həmçinin qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.3-cü maddəyə görə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər 26-cı maddəyə görə İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 27.5. Borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. 44.1-ci maddəyə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 43.1-ci maddəyə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 45.6-cı maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.8-ci maddəyə görə Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.1-ci maddəyə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəyə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 84-1.1-ci maddəyə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə hesab edir ki, Tələbkar ASC-nin şikayəti təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar ASC-nin şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru X1 “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-89/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-89/2025
03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver