Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-9/2023 28.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(071)- 730/2022-008 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Sədyar oğluna məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(071)-730/2022-008 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Sədyar oğlunun mülkiyyətində olan Hacıqabul rayon Rəncbər kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reystr nömrəli 0,009 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071 )- 730/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Sədyar oğlundan 7232,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə İcra İdarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu Sədyar oğlunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu Sədyar oğluna məxsus olan qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********26 olan torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən əmlaka həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, üzərinə həbs qoyulması xahiş edilən borcluya məxsus əmlak üzərinə daha əvvəldən icra məmurunun qərarı əsasında həbs qoyulduğundan, təqdimata baxılmasından imtina olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru M.Muradov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən Borclu Sədyar oğlunun mülkiyyətində olan Hacıqabul rayon Rəncbər kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reystr nömrəli 0,009 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” Qərarına əsasən borclu X1 mülkiyyətində olan Hacıqabul rayonu, Rəncbər kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli 0,009 ha torpaq sahəsi üzərinə ********** qeydiyyat nömrəsi ilə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən borclunun əmlakı üzərinə həbs bir qayda olaraq məhkəmənin qərardadı əsasında qoyulur. Lakin, təxirəsalınmaz hallar olduqda, icra məmuru da borclunun əmlakı üzərinə həbs qoymaq səlahiyyətinə malikdir. Məhkəmə qeyd edir ki, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu Sədyar oğlunun mülkiyyətində olan Hacıqabul rayon Rəncbər kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reystr nömrəli 0,009 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etsə də, həmin torpaq sahəsinin üzərinə elə icra məmurunun özünün xx.xx.2022-ci il tarixli qərarı ilə artıq həbs qoyulmuş və həmin qərar DƏDRX-nin 13 saylı ərazi idarəsi tərəfindən icra edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu Sədyar oğlunun mülkiyyətində olan torpaq sahəsi üzərinə icra məmurunun qərarına əsasən artıq həbs qoyulduğundan, həmin əmlakın üzərinə yenidən məhkəmənin qərarına əsasən həbs qoyulmasına ehtiyac yoxdur. Bu səbəbdən mövcud vəziyyətdə icra məmuru tərəfindən verilmiş təqdimata mahiyyəti üzrə baxılmasına lüzum olmadığından, təqdimata baxılmasından imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və “İcra haqqında” Qanunun 50.2, Azərbaycan Respublikası MPM-in 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(071)- 730/2022-008 saylı icra sənədi üzrə Borclu Sədyar oğlunun mülkiyyətində olan Hacıqabul rayon Rəncbər kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reystr nömrəli 0,009 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına barədə Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Münasib Muradov tərəfindən verilmiş təqdimata baxılmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №8(071)-9/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-9/2023
28.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver