Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(072)-5/2024 02.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-116/2023 saylı, 29 dekabr 2023-cü il tarixli icra sənədi üzrə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 “İcraata başlamaq haqqında” 13 iyun 2024-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Borclu Səfiyev X2 Rayon Məhkəməsinin 2(072)-116/2023 saylı, 29 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 “İcraata başlamaq haqqında” 13 iyun 2024-cü il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 116/2023 saylı, 29 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 “İcraata başlamaq haqqında” 13 iyun 2024cü il tarixli qərarından şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, şərh olunanlara əsasən hesab edirəm ki, borclu Səfiyev X2 Rayon Məhkəməsinin 2(072)-116/2023 saylı, 29 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 “İcraata başlamaq haqqında” 13 iyun 2024-cü il tarixli qərarından şikayəti müdafiə etməyərək, şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etdiyi üçün şikayət və ona əlavə edilmiş sənədlər borcluya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-116/2023 saylı, 29 dekabr 2023-cü il tarixli icra sənədi üzrə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 “İcraata başlamaq haqqında” 13 iyun 2024-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №8(072)-5/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №8(072)-5/2024
02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver