Məhkəmə qərarları › İş №8(072)-7/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №8(072)-7/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(072)-7/2023 28.09.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İcra məmuru: Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X5, Borclu: X4 iştirakı ilə, ünvan 2xli qətnaməsinin (icra sənədi) hissə-hissə icrası haqqında X2nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 2xli icra vərəqəsinə əsasən cavabdeh X3 6500 (altı min beş yüz) AZN məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) AZN məbləğində xidmət haqqı və ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pul tutularaq, iddiaçı Tələbkar geri qaytarılmalıdır. Borclu X1 Rayon Məhkəməsinin 2(072)-092/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsinin (icra sənədi) hissə-hissə icrası haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ünvan 2xli qətnaməsinə əsasən 6500 (altı min beş yüz) AZN məbləğində pulu, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) AZN məbləğində xidmət haqqını və ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pulu Tələbkar geri qaytarmalıdır. Lakin o, 27 iyul 2022-ci il tarixdən daxili işlər orqanlarından işdən çıxarılmış və banka ödənilməmiş kredit borcu mövcuddur. Hal-hazırda maddi cəhətdən çox çətinlik çəkir, mülkiyyətində hər hansı bir qiymətli əmlakı və müntəzəm gəliri yoxdur. Bununla yanaşı, borclu olduğu məbləği hissə-hissə ödəməyə maddi cəhətdən imkanı çatır. Bu səbəbdən də, o ünvan 2xli icra sənədinin hissə-hissə icrasına dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda bildirir ki, o, bu günədək ünvan 2xli icra sənədinə əsasən Tələbkar xeyrinə az miqddarda olsa pul ödənişini həyata keçirməmişdir. Bütün bunları nəzərə alaraq, ünvan 2xli icra sənədinin hissə-hissə icrasına dair ərizəsinin təmin edilərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pulu hər ay 100 (yüz) AZN məbləği olmaqla, hissə-hissə ödənilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X9 izahatında bildirmişdir ki, ünvan 2xli icra vərəqəsinə əsasən cavabdeh X3 6500 (altı min beş yüz) AZN məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) AZN məbləğində xidmət haqqı və ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pul tutularaq, iddiaçı Tələbkar geri qaytarılmalıdır. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” X2na bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Lakin bu günədək ünvan 2xli icra sənədinin icrası X10 Namaz tərəfindən təmin edilməmişdir. Borclu X1 Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün borcu birdəfəlik ödəyə bilmir və hissəhissə ödəyəcəkdir. Eyni zamanda bildirir ki, X2nun faktiki yaşayış yeri ünvan 1 ünvanı olduğu üçün ünvan 2xli icra sənədi ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir. Bütün bunları nəzərə alaraq, ünvan 2xli icra sənədinin hissəhissə icrası haqqında X2nun ərizəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o, teleqram ilə məhkəməyə müraciət edərək, X2nun ünvan 2xli qətnaməsinin hissəhissə icrası barədə ərizəsi icra sənədinin vaxtında və tam icrasından yayınmaq məqsədi daşıdığı üçün ərizəyə etiraz etmiş və ərizənin rədd edilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan mülki işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında müvafiq qaydada təsdiq edilmiş “ünvan 2xli qətnaməsi”nin surətindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh X3 6500 (altı min beş yüz) AZN məbləğində pulun, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) AZN məbləğində xidmət haqqının və ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pulun tutularaq, iddiaçı Tələbkar geri qaytarılması qət edilmişdir. İş materiallarından görünür ki, müvafiq qaydada təsdiq edilmiş “Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-795/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi”nin surətindən görünür ki, apellyasiya şikayəti rədd edilərək, ünvan 2xli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə borclunun və icra məmurunun izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tam və obyektiv araşdırıb hesab edir ki, “icra sənədinin hissə-hissə icrası” haqqında ərizə aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Belə ki, məhkəmə X2nun əmlak vəziyyəti və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin birdəfəlik ödəmək iqtidarında olmaması kimi halları icra sənədinin hissəhissə icrası üçün real hüquqi əsaslar kimi qiymətləndirmir. Belə ki, məhkəmə qətnaməsinin hissə hissə icrasına dair bu əsaslar icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır, eləcə də, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Bununla yanaşı, Azərbaycan Respublikasının icra haqqında və mülki prosessual qanunvericiliyinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ qətnamə çıxarılan zaman onun icra müddətinin müəyyən edilib-edilməməsindən asılı olmayaraq həll edilə bilər. Qətnamənin icra edilməsinə möhlət verilməsi, onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilir. Qətnamənin hissə-hissə icra olunması dedikdə, onun icrasının müəyyən zaman intervalı və hər hissəsinin icra müddəti nəzərə alınmaqla, hissəhissə həyata keçirilməsi başa düşülür. Bu mənada qətnamənin hissə-hissə icrası yalnız bölünə bilən predmetlərin (pul vəsaitlərinin, əmlakların və s.) alınmasını qət edən məhkəmə qətnamələrinə münasibətdə mümkündür. Belə ki, ünvan 2xli icra vərəqəsindən göründüyü kimi iddiaçı Tələbkar cavabdeh X8 tərəfindən 6500 (altı min beş yüz) AZN məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) AZN məbləğində xidmət haqqı və ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pul ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, X2 tərəfindən qətnamənin icrasına çətinlik yaradan və onun üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair 04 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri isə məhkəmə aktlarının icrası ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, X2nun əmlak vəziyyəti, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qızıl-zinət əşyalarının dəyərini birdəfəlik ödəmək iqtidarında olmaması kimi hallar icra sənədinin hissə-hissə icrası üçün real hüquqi əsaslar kimi qiymətləndirilmədiyi, eləcə də məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair bu əsaslar icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratdığı, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı, o cümlədən qətnamənin icrasına çətinlik yaradan və borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyi üçün borclunun “icra sənədinin hissə-hissə icrası” haqqında ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 2xli qətnaməsinin (icra sənədi) hissə-hissə icrası haqqında X2nun ərizəsi rədd edilsin. Qərardaddan 10 gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar